Logo

Dövlət satınalmalarında süni intellektdən istifadə olunacaq

Dövlət satınalmalarında süni intellektdən istifadə olunacaq
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycanda dövlət satınalmalarında maraqların toqquşmasının qarşısının alınması məqsədilə süni intellekt və rəqəmsal həllərdən daha geniş istifadə edilməsi təklif olunur.

Sfera.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov bildirib. Deputatın sözlərinə görə, 2025-ci ildə dövlət büdcəsindən dövlət satınalmalarına 10,8 milyard manat vəsait yönəldilib. Bu məbləğ ölkənin ümumi daxili məhsulunun (ÜDM) 8,4 faizini təşkil edib:

“Ötən il 9 965 elektron tender keçirilsə də, dövlət satınalmalarının dəyər baxımından 54,6%-i, say etibarilə isə 52,4%-i bir mənbədən satınalmaların payına düşüb. Bu, bir mənbədən satınalmaların ümumi tenderlərdə payının 50%-dən çox olduğunu göstərir. Bu da dövlət satınalmalarında elektronlaşma və maraqların toqquşması ilə bağlı meyarların daha yaxından nəzərə alınmasını zəruri edir”.

Bəsti Rəfizadə
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR