Logo

Bu, ana bətnindəki körpələrə zərər verirmiş - Alimlərdən XƏBƏRDARLIQ

Bu, ana bətnindəki körpələrə zərər verirmiş - Alimlərdən XƏBƏRDARLIQ
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Gündəlik həyatda istifadə olunan bir çox məhsulun tərkibindəki kimyəvi maddənin ana bətnində körpələrin inkişafına mənfi təsir göstərə biləcəyi müəyyən edilib.

Sfera.az xəbər verir ki, ABŞ-nin Nyu-York Universitetinin Langone Sağlamlıq Mərkəzinin alimləri DINCH adlı kimyəvi maddənin hamiləlik dövründə mümkün təsirlərini araşdırıblar. Uzun illər zərərli ftalatlara daha təhlükəsiz alternativ kimi təqdim edilən DINCH plastik məhsullara elastiklik və davamlılıq qazandırmaq üçün istifadə olunur. Bu maddəyə qida qablaşdırmalarında, streç plyonkalarda, uşaq oyuncaqlarında, tibbi cihazlarda, bəzi tekstil məhsullarında və döşəmə örtüklərində rast gəlinir.

Tədqiqat çərçivəsində 6 600-dən çox hamiləliyə dair məlumatlar təhlil edilib. Araşdırmaya cəlb olunan qadınların 70 faizədək hissəsinin sidik nümunələrində sözügedən kimyəvi maddənin izləri aşkarlanıb. Müəyyən edilib ki, DINCH-in təsirinə məruzqalma səviyyəsi artdıqca körpələrin hamiləlik müddətinə uyğun gözlənilən çəkidən daha aşağı çəki ilə dünyaya gəlmə ehtimalı yüksəlir. Belə ki, kimyəvi maddənin təsirinə məruzqalma səviyyəsinin 10 dəfə artması yenidoğulmuşların çəkisinin orta hesabla 27 qram azalması ilə əlaqələndirilib. Alimlər DINCH-in orqanizmdə parçalanması nəticəsində yaranan bəzi maddələrin hormonal sistemin fəaliyyətini poza və iltihabi proseslərə səbəb ola biləcəyini ehtimal edirlər.

Bu proseslər ana bətnində körpəyə çatan qida maddələrinin və oksigenin miqdarına təsir göstərə bilər.

Qeyd edək ki, dünyada DINCH istehsalı 2002-ci ildə 25 min ton təşkil etdiyi halda, 2024-cü ildə 400 min tona çatıb. Beləliklə, sözügedən kimyəvi maddənin istehsalı 22 il ərzində 16 dəfə artıb. Tədqiqatçılar DINCH-in körpələrin aşağı çəki ilə doğulmasına birbaşa səbəb olduğunun hələ sübuta yetirilmədiyini və əlavə araşdırmalara ehtiyac olduğunu vurğulayıblar.

Şahanə Ziyad

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR