Logo

Azərbaycanda ailə qurmaq yaşı artır - Bu, münasibətlərə necə təsir edir?

Azərbaycanda ailə qurmaq yaşı artır - Bu, münasibətlərə necə təsir edir?
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Son illərdə ailə qurmaq yaşının artması cəmiyyətdə müzakirə olunan mövzulardan birinə çevrilib.

Əvvəllər daha erkən yaşlarda ailə qurmaq geniş yayılsa da, indi bir çox insan təhsilini başa vurmağa, karyerasını qurmağa, maddi müstəqillik əldə etməyə və həyatına dair qərarlarını dəqiqləşdirməyə üstünlük verir.

Bununla yanaşı, xüsusilə müəyyən yaşdan sonra evlənməyən şəxslər ətrafın sualları və sosial təzyiqlə də üzləşirlər.

Bəs gec ailə qurmaq münasibətlərin daha sağlam və uzunömürlü olmasına kömək edir, yoxsa illər keçdikcə formalaşan şəxsi vərdişlər ortaq həyata uyğunlaşmağı çətinləşdirir?

Mövzu barədə psixoloq Almara Məlikova Sfera.az-a açıqlama verən zaman Dövlət Statistika Komitəsinin məlumatlarını əsas gətirərək qeyd edib ki, 2010-cu ildə ilk dəfə rəsmi nikaha daxil olan qadınların orta yaşı 23,1, kişilərin orta yaşı isə 27,3 olub. 2025-ci ildə bu göstəricilər qadınlarda 24,1, kişilərdə isə 28,7 yaşa yüksəlib:

Azərbaycanda ailə qurmaq yaşı artır - Bu, münasibətlərə necə təsir edir?

“Daha gənc yaşda ailə quran şəxslərdə boşanma ehtimalının yüksək olduğunu göstərən araşdırmalar mövcuddur. Lakin nikah yaşının artması müəyyən həddən sonra münasibətin mütləq daha uğurlu olacağı demək deyil. Təhsil, maddi vəziyyət və evlilik qərarının hansı şəraitdə verilməsi də bu prosesə təsir göstərən amillərdəndir.

Münasibətin uzun müddət davam etməsi ilə tərəflərin həmin münasibətdən məmnun olması eyni anlayış deyil. İnsanlar illərlə bir ailədə yaşasalar da, özlərini tənha, anlaşılmamış və emosional baxımdan uzaq hiss edə bilərlər.
Daha gec yaşda ailə qurmağın üstünlüklərindən biri insanın özünü daha yaxşı tanıması, ehtiyaclarını ifadə etməyi və şəxsi sərhədlərini qorumağı öyrənməsidir. Bu bacarıqlar tərəfdaşlar arasında sağlam ünsiyyətin formalaşmasına kömək edə bilər”, – mütəxəssis deyib.

Psixoloq söyləyib ki, uzun müddət müstəqil həyat tərzinə alışan insanlar üçün ortaq gündəlik qaydalar yaratmaq bəzən çətinləşir.

Bildirib ki, xüsusilə maliyyə məsələləri, ev işlərinin bölüşdürülməsi və valideynlərin ailə həyatına müdaxiləsi kimi mövzular əvvəlcədən müzakirə edilməlidir:

“Münasibətin keyfiyyətinə təsir edən əsas amillərdən biri tərəflərin bir-birinə bağlılığını hiss etməsi, qarşılıqlı dəyər verməsi, yaxınlıqdan məmnunluğu və münaqişələri necə həll etməsidir. Onun qənaətinə görə, ailə qurmaq üçün konkret yaş həddindən daha çox insanın emosional hazırlığı, özünü tanıması və qarşı tərəflə açıq ünsiyyət qura bilməsi əhəmiyyət daşıyır. Bildirib ki, əsas məsələ neçə yaşında evlənmək deyil, seçdiyi insanla gündəlik həyatın məsuliyyətini bölüşməyə və çətinlikləri birlikdə həll etməyə nə dərəcədə hazır olmaqdır".

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR