Logo

Bu axşam səmada super Ay görünəcək

Bu axşam səmada super Ay görünəcək
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Noyabrın 24-dən 25-nə keçən gecə səmada ilin sonuncu super Aylarından biri müşahidə ediləcək.

Sfera.az bildirir ki, “Qunduz Ayı” (Beaver Moon) adlandırılan noyabr bədirlənmiş Ayı Yerə daha yaxın mövqedə olacağı üçün adi bədirlənmiş Aydan daha böyük və parlaq görünəcək.

Super Ay Ayın Yer ətrafındakı orbitində planetimizə ən yaxın nöqtəyə – perigeyə yaxın olduğu zaman baş verir. Ayın orbiti tam dairəvi deyil, ellips formasında olduğundan onun Yerdən məsafəsi daim dəyişir.

Bu zaman Ay adi bədirlənmiş Ayla müqayisədə təxminən 14 faiz daha böyük, 30 faizədək daha parlaq görünə bilər.

Noyabr bədirlənmiş Ayının “Qunduz Ayı” adlandırılması isə ilin bu dövründə qunduzların qışa hazırlaşması, bəndlər qurması və qida toplaması ilə əlaqələndirilir.

Astronomların sözlərinə görə, super Ayı müşahidə etmək üçün xüsusi avadanlığa ehtiyac yoxdur. Bunun üçün səmanın açıq olduğu, işıq çirklənməsinin az olduğu geniş ərazi seçmək kifayətdir. Xüsusilə Ayın üfüqdən qalxdığı və batdığı vaxtlarda onun vizual görünüşü daha təsirli olur.

Bakıda noyabrın 24-də Ayın saat 16:44-də doğması gözlənilir. Bədirlənmə mərhələsinin dəqiq vaxtı isə saat 18:53-ə təsadüf edir.

Qeyd edək ki, bu, 2026-cı ilin sonuncu super Ayı deyil. NASA-nın məlumatına görə, növbəti super Ay dekabrın 24-də, Milad ərəfəsində müşahidə olunacaq. 2027-ci ilin yanvarın 22-də və fevralın 20-də də bu astronomik hadisənin baş verməsi gözlənilir.

İnci

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR