Logo

2026-cı ildə itirdiyimiz tanınmışlar - SİYAHI

2026-cı ildə itirdiyimiz tanınmışlar - SİYAHI
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

2026-cı il Azərbaycanın ictimai-siyasi, mədəni və sosial həyatında bir sıra ağır itkilərlə yadda qalıb.

Bu il müxtəlif sahələrdə fəaliyyəti ilə tanınan, cəmiyyətin yaddaşında iz qoyan bir çox şəxs dünyasını dəyişib.

Sfera.az 2026-cı ilin ötən dövründə vəfat edən tanınmış şəxslərin siyahısını təqdim edir:

Yanvar

Yanvarın 2-də tanınmış telejurnalist, rejissor və aparıcı Nailə Əkbərova uzun sürən xəstəlikdən sonra 62 yaşında dünyasını dəyişib. Yanvarın 6-da Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Bağır Süleymanov vəfat edib. Yanvarın 15-də Konstitusiya Məhkəməsinin sabiq hakimi, Əməkdar hüquqşünas Rafael Qvaladze dünyasını dəyişib.

Fevral

Fevralın 9-da Milli Məclisin sabiq deputatı, Ana Vətən Partiyasının sabiq sədri Fəzail Ağamalı vəfat edib. Fevralın 24-də Əməkdar jurnalist, yazıçı-publisist, “Exo Sumqaita” qəzetinin baş redaktoru Eyruz Məmmədov uzun sürən xəstəlikdən sonra 73 yaşında dünyasını dəyişib. Fevralın 26-da tanınmış meyxanaçı Elşən Binəqədi Sabunçu Tibb Mərkəzində vəfat edib.

Mart

Martın 20-də Azərbaycanın Əməkdar artisti, tanınmış xanəndə Raziyyə Şirinova 86 yaşında dünyasını dəyişib. Martın 29-da Azərbaycan kinosunun görkəmli nümayəndəsi, Xalq artisti, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayev 77 yaşında Türkiyədə müalicə aldığı xəstəxanada vəfat edib. Sənətkar “Nəsimi”, “Babək” və “Dədə Qorqud” filmlərində yaratdığı obrazlarla tamaşaçıların yaddaşında qalıb.

Aprel

Aprelin 13-də Azərbaycanın görkəmli baletmeysteri, Xalq artisti, Prezidentin fərdi təqaüdçüsü Maqsud Məmmədov dünyasını dəyişib. O, Azərbaycan balet sənətinin inkişafında mühüm rol oynayıb, 2019-cu ildə “Şöhrət” ordeni ilə təltif edilib. Aprelin 26-da Azərbaycanın Əməkdar artisti Əli Əliyev vəfat edib.

May

Mayın 14-də Azərbaycanın Əməkdar incəsənət xadimi, tanınmış şair və dramaturq Yusif Həsənbəy 93 yaşında dünyasını dəyişib. O, uzun müddət onkoloji xəstəlikdən əziyyət çəkib. Mayın 31-də tanınmış aktyor Aqil Ağacanov uzun sürən xəstəlikdən sonra 77 yaşında vəfat edib. Aktyor “Bizim Cəbiş müəllim” filmində canlandırdığı “Makedon” obrazı ilə tamaşaçıların yaddaşında qalıb.

İyun

İyunun 13-də tanınmış yazıçı, şair, dramaturq, diplomat və dövlət xadimi, Əməkdar incəsənət xadimi Hidayət Orucov dünyasını dəyişib. O, müxtəlif illərdə Azərbaycanın Qırğızıstandakı səfiri və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri vəzifələrində çalışıb.

İyul

İyulun 1-də Bakı Slavyan Universitetinin sabiq rektoru, Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının keçmiş sədri, professor Nurlana Əliyeva uzun sürən xəstəlikdən sonra 79 yaşında vəfat edib. İyulun 21-də Azərbaycanın Xalq artisti, tanınmış aktyor və rejissor Tofiq Mirzəyev 94 yaşında İsraildə dünyasını dəyişib. Sənətkar “Uşaqlığın son gecəsi”, “Nəsimi”, “İstintaq” və “Təhminə” filmlərində yaratdığı obrazlarla tanınıb.

Avqust

Avqustun 1-də Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi, dramaturq, Heydər Əliyev mükafatı laureatı Nəriman Həsənzadə 95 yaşında vəfat edib. Avqustun 9-da tanınmış şair, tərcüməçi, Əməkdar incəsənət xadimi Çingiz Əlioğlu 82 yaşında dünyasını dəyişib. Avqustun 23-də Azərbaycanın görkəmli bəstəkarı, Xalq artisti, professor Tofiq Bakıxanov 95 yaşında vəfat edib.

Sentyabr

Sentyabrın 9-da Azərbaycanın Xalq artisti, tanınmış aktyor və rejissor Aleksandr Şarovski 78 yaşında dünyasını dəyişib. O, 1993-cü ildən Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının baş rejissoru vəzifəsində çalışıb. Sentyabrın 12-də Azərbaycanın sabiq daxili işlər naziri Vaqif Novruzov 86 yaşında vəfat edib. Sentyabrın 18-də Azərbaycanın Əməkdar artisti, tanınmış radio diktoru Sevda Məmmədzadə 95 yaşında dünyasını dəyişib. O, 1955-ci ildən Azərbaycan Radiosunda fəaliyyət göstərib. Sentyabrın 28-də tanınmış jurnalist Əvəz Zeynallı uzun sürən onkoloji xəstəlikdən sonra 56 yaşında vəfat edib.

Oktyabr

Oktyabrın 11-də Azərbaycanın Əməkdar incəsənət xadimi, tanınmış şair, ədəbiyyatşünas və tərcüməçi Ayaz Vəfalı 89 yaşında dünyasını dəyişib. Oktyabrın 29-da Azərbaycanın Xalq artisti, tanınmış müğənni Zaur Rzayev uzun sürən xəstəlikdən sonra 74 yaşında vəfat edib. Sənətkar 1994-cü ildən Azərbaycan Silahlı Qüvvələrinin Mahnı və Rəqs Ansamblına rəhbərlik edib.

Noyabr

Noyabrın 10-da Azərbaycanın Əməkdar artisti, görkəmli bəstəkar və orqan ifaçısı Arif Mirzəyev uzun sürən xəstəlikdən sonra 82 yaşında Almaniyada dünyasını dəyişib. O, Azərbaycan orqan və dini-memorial musiqisinin yaradıcılarından biri olub. Noyabrın 15-də Azərbaycanın Milli Qəhrəmanı Ehtiram Əliyev 54 yaşında vəfat edib. Noyabrın 23-də ARB televiziyasının sabiq aparıcısı Ada Süleymanova yol-nəqliyyat hadisəsi nəticəsində həyatını itirib.

Şahanə Ziyad

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR