Logo

"iPhone" adındakı “i” hərfinin mənası nədir? – Stiv Cobsun maraqlı seçimi

"iPhone" adındakı “i” hərfinin mənası nədir? – Stiv Cobsun maraqlı seçimi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Apple-ın "iPhone", "iPad" və "iPod" kimi məhsullarının adında yer alan “i” hərfi ilk dəfə 1998-ci ildə təqdim olunan iMac kompüterinin adında istifadə edilib.

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, Stiv Cobs ilk iMac-ın təqdimatında kompüterin əsas üstünlüklərindən biri kimi internetə asan və sürətli qoşulmaq imkanını vurğulayıb. Bu səbəbdən məhsulun adındakı “i” ilk növbədə “internet” sözünü ifadə edirdi. Cobs təqdimatda bu hərfi daha dörd ingilis sözü ilə əlaqələndirib. Bunlar “individual” (fərdi), “instruct” (öyrətmək), “inform” (məlumat vermək) və “inspire” (ilham vermək) sözləridir. Sonrakı illərdə Apple bu adlandırma üsulunu iPod, iPhone və iPad-də də tətbiq edib.

Qeyd edək ki, Apple 1976-cı ildə ABŞ-nin Kaliforniya ştatında Stiv Cobs, Stiv Voznyak və Ronald Ueyn tərəfindən yaradılıb. Kiçik kompüter biznesi kimi fəaliyyətə başlayan şirkət "Macintosh", "iPhone" və "Apple Watch" kimi məhsullarla dünyanın ən dəyərli şirkətlərindən birinə çevrilib. 2011-ci ildə Tim Kuk şirkətin baş icraçı direktoru təyin edilib.

Onun rəhbərliyi dövründə "Apple" qlobal fəaliyyətini və rəqəmsal xidmətlərini genişləndirib. Bu gün şirkət cihazlarını, proqram təminatını və xidmətlərini vahid ekosistemdə birləşdirir.

Şahanə Ziyad

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR