Logo

Rusiya mikroqulaqlıqların satışını qadağan edə bilər

Rusiya mikroqulaqlıqların satışını qadağan edə bilər
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Rusiyada bazarlarda mikroqulaqlıqların satışının qadağan edilməsi məsələsi müzakirə olunur.

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, bu təşəbbüs Federal Təhsil və Elmə Nəzarət Xidməti (Rosobrnadzor) tərəfindən Rəqəmsal İnkişaf, Rabitə və Kütləvi Media Nazirliyi ilə birgə araşdırılır. Rusiyada Təhsil və Elmə Nəzarət Federal Xidməti (Rosobrnadzor) rəhbəri Anzor

Muzayev bildirib ki, mikroqulaqlıqların və bir sıra digər cihazların bazarlarda satışına qadağa qoyulması üzərində iş aparılır. “Biz bu cür cihazların bazarlarda satışını qadağan etmək imkanlarını nəzərdən keçiririk. Bu avadanlıqların həyatın heç bir qanuni sahəsində faydası yoxdur”, – deyə o, Rosobrnadzor yanında İctimai Şuranın iclasında bildirib.

Muzayevin sözlərinə görə, imtahanlarda saxtakarlıq hallarına qarşı mübarizə davamlı prosesdir. Bununla belə, görülən sistemli tədbirlər artıq nəticə verir. O qeyd edib ki, hər il təxminən 1000 nəfər qadağan olunmuş rabitə vasitələrindən istifadə etməyə cəhd göstərdiyinə görə imtahanlardan kənarlaşdırılır.

Bəsti Rəfizadə
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR