Logo

Filippin prezidenti Trampı yerli "fast food" yeməklərinə qonaq etdi

Filippin prezidenti Trampı yerli "fast food" yeməklərinə qonaq etdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Filippin Prezidenti Ferdinand Markos ABŞ Prezidenti Donald Trampı ölkənin məşhur "fast food" şəbəkəsi “Jollibee”dən sifariş edilən yeməklərlə qonaq edib.

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, Markos Tramp və onun nümayəndə heyəti üçün əvvəlki gecə restorandan yemək sifariş etdiyini bildirib. O, Trampla ikitərəfli görüş zamanı deyib ki, “Jollibee” Filippində çox məşhur restoran şəbəkəsidir və onun ən tanınan yeməklərindən biri qızardılmış toyuqdur.

“Biz qürurla deyə bilərik ki, ABŞ-də populyarlıq baxımından KFC-ni geridə qoymuşuq”, – deyə Markos qeyd edib.

Filippin lideri bu qonaqlıq vasitəsilə Tramp və nümayəndə heyətinin üzvlərinə Manila mətbəxinin dadını tanıtmaq istədiyini vurğulayıb.

Qeyd edək ki, görüşdən sonra Donald Tramp ABŞ və Filippin arasında ticarət sazişinin imzalandığını və müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsi barədə razılıq əldə olunduğunu açıqlayıb. O, həmçinin ABŞ-nin Filippinin genişmiqyaslı nüvə enerjisi layihəsində Amerika texnologiyalarından istifadəsini təsdiqlədiyini bildirib.

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR