Həftəsonu bu bürclərin üzü güləcək - PROQNOZ
Noyabrın 7-8-də bəzi bürclər üçün şəxsi münasibətlərdə müsbət dəyişikliklər, digərləri üçün isə iş və maliyyə məsələlərində yeni imkanlar gözlənilir.
Sfera.az həftəsonu üçün astroloji proqnozları təqdim edir:
Qoç: Həftəsonu şəxsi münasibətlər ön plana çıxacaq. Uzun müddətdir ünsiyyət qurmadığınız biri ilə yaxınlaşmaq imkanı yarana bilər. Bazar günü səmimi söhbətlər üçün əlverişli hesab olunur.
Buğa: Gələcək planlarınızı yenidən nəzərdən keçirə bilərsiniz. Bazar günü işgüzar əməkdaşlıqla bağlı maraqlı təkliflər gündəmə gələ bilər. Qərar verməyə tələsməyin.
Əkizlər: Sevgi münasibətlərində tələskənlik anlaşılmazlığa səbəb ola bilər. Yarımçıq işləri tamamlamaq və planları qaydaya salmaq üçün münasib həftəsonudur.
Xərçəng: Ailə münasibətləri diqqət mərkəzində olacaq. Yaxınlarınıza daha çox vaxt ayırmaq tövsiyə edilir. Bazar günü yarımçıq qalmış yaradıcı işlərə qayıda bilərsiniz.
Şir: Şəxsi münasibətlərdə keçmiş xatirələr yenidən gündəmə gələ bilər. Ailə üzvləri ilə fikir ayrılıqlarında anlayışlı davranmaq vacib olacaq.
Qız: Həftəsonu şəxsi istəklərinizi və maliyyə planlarınızı nəzərdən keçirmək üçün əlverişlidir. Köhnə dostlarla görüş və ya gözlənilməz söhbət əhvalınızı yüksəldə bilər.
Tərəzi: Astroloji proqnoza görə, həftəsonu diqqət mərkəzində ola bilərsiniz. Şəxsi münasibətlərdə canlanma gözlənilir. Bazar günü isə maliyyə məsələlərinə diqqət yetirmək tövsiyə olunur.
Əqrəb: İstirahət etmək və yarımçıq işləri tamamlamaq üçün münasib vaxtdır. Bazar günü özünüzü daha enerjili hiss edə bilərsiniz. Lakin mühüm qərarlarda tələsməmək məsləhətdir.
Oxatan: Köhnə dostlarla görüş və gözlənilməz xəbərlər həftəsonunu maraqlı edə bilər. Bazar günü gələcək planlarınızla bağlı yeni fikirlər yarana bilər.
Oğlaq: İşgüzar əlaqələr yeni imkanlar yarada bilər. Xüsusilə keçmiş həmkarlarla ünsiyyət faydalı ola bilər. Şəxsi münasibətlərdə isə qarşılıqlı anlayış vacibdir.
Dolça: Uzun müddətdir təxirə saldığınız planlara yenidən qayıda bilərsiniz. Bazar günü karyera və gələcək hədəflərlə bağlı məsələlər ön plana çıxacaq.
Balıqlar: Həftəsonu yaradıcılıq və şəxsi düşüncələr baxımından məhsuldar ola bilər. Yaxınlarınızla səmimi söhbətlər münasibətlərin möhkəmlənməsinə kömək edə bilər.
Şahanə Ziyad






