Logo

Türkiyədə qeyri-adi balıq tutulub - FOTO

Türkiyədə qeyri-adi balıq tutulub - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Türkiyənin Hatay vilayətinin Antakya rayonunda Asi çayından qeyri-adi görünüşlü balıq tutulub.

Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, təxminən 20 ildir həvəskar balıqçılıqla məşğul olan Bedrettin Okuyucu dostu ilə birlikdə balıq tutarkən leopard naxışlı, sərt bədənli və tikanlı balıqla qarşılaşıb.

Balığın növünü araşdıran Okuyucu onun zirehli skat balığı olduğunu öyrənib. Balığın Asi çayına necə düşdüyü məlum deyil. Ehtimal olunur ki, o, akvariumdan çaya buraxılıb.

“20 ildir balıq tuturam, ilk dəfə belə balıqla qarşılaşıram. Burada adətən sazan və kefal kimi balıqlar olur. Bu balığın bədəni çox sərtdir, hər tərəfi tikanabənzər çıxıntılarla örtülüb. İlk görəndə qorxdum. Məncə, yeyiləcək balıq deyil”, - deyə Okuyucu bildirib.

Onunla birlikdə balıq tutan Mustafa Uslu isə əvvəlcə balığın zəhərli ola biləcəyindən ehtiyat etdiklərini söyləyib:

“İnternetdə araşdırma aparanda onun invaziv növ olduğunu öyrəndik. Əvvəlcə zəhərli ola biləcəyini düşünüb toxunmağa qorxduq. Bir böyük və 5-6 bala zirehli skat balığı tutduq. Bu balığın yeyilib-yeyilmədiyini bilmirəm, amma istifadəsini tövsiyə etmirəm”.

Şahanə Ziyad

Sfera.az

Fotolar2
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR