Logo

Dünyanı asteroid yox, bu bəla sarsıdacaq - XƏBƏRDARLIQ

Dünyanı asteroid yox, bu bəla sarsıdacaq - XƏBƏRDARLIQ
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Asteroidlərin Yerə düşməsi bəşəriyyət üçün zəlzələlərlə müqayisədə daha az təhlükə yaradır.

Sfera.az bildirir ki, bunu Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun elmi rəhbəri Lev Zelyonı “RİA Novosti”yə açıqlamasında bildirib.

Alimin sözlərinə görə, asteroid təhlükəsi ilə bağlı müzakirələr vacib olsa da, belə hadisələr olduqca nadir baş verir. O qeyd edib ki, müşahidələr tarixində asteroid düşməsi nəticəsində insan həyatını itirməsi qeydə alınmayıb.

Zelyonı hesab edir ki, bəşəriyyət üçün zəlzələ kimi digər təbii fəlakətlər daha ciddi təhlükə yaradır.

Alim hazırda Yerə yaxınlaşdığı müzakirə olunan Apofis asteroidi ilə bağlı narahatlığa da əsas olmadığını bildirib. Onun sözlərinə görə, göy cismi planetdən kifayət qədər uzaq məsafədən keçəcək və Yer üçün təhlükə yaratmayacaq.

Qeyd edək ki, daha əvvəl astronom Leonid Yelenin Yer üçün potensial təhlükə yarada biləcək üç asteroidin adını açıqlamışdı. Bunlar 1950 DA, Bennu və 2008 JL3 asteroidləridir.

Fatimə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR