zəlzələ
İtaliyada 6 bala yaxın zəlzələ oldu
İtaliyanın Siciliya adası sahillərində 5,6 bal gücündə zəlzələ baş verib. Sfera.az xəbər verir ki, Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə, yeraltı təkanlar 10 kilometr dərinlikdə qeydə alınıb. Zəlzələnin Siciliya adasının Palermo şəhərindən təxminən 98 kilometr məsafədə baş verdiyi bildirilir. Yeraltı təkanların geniş ərazidə hiss olunduğu qeyd edilib. Bəsti Rəfizadə Sfera.az
Dünya23.10.2026 16:20
Azərbaycanda zəlzələ olub
Lənkəran rayonunda zəlzələ qeydə alınıb. Bu barədə Sfera.az -a AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən xəbər verilib. Bildirilib ki, zəlzələ episentrdə 3 bala qədər hiss olunub. 3,4 maqnitudalı yeraltı təkan, 25 km dərinlikdə, yerli vaxtla 15:50-də baş verib
Hadisə29.09.2026 19:04
Okay Memiş İlham Əliyevlə görüşdə qırmızı maşınla yardım gətirən azərbaycanlıdan danışdı
Türkiyə Respublikası Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memiş Prezident İlham Əliyevin qəbulunda olarkən 2023-cü il fevralın 6-da baş verən Qəhrəmanmaraş zəlzələsi zamanı Azərbaycanın göstərdiyi qardaşlıq dəstəyindən danışıb. Sfera.az xəbər verir ki, Türkiyəli rəsmi həmin günlərdə köhnə qırmızı avtomobili ilə yardım daşıyan azərbaycanlını xüsusi xatırladıb. “Cənab Prezident, biz 2023-cü il fevralın 6-da, demək olar ki, kiçik bir qiyamət yaşadıq. Bütün dünya, Allah razı olsun, kömək
Siyasət18.09.2026 23:16
Azərbaycanda güclü zəlzələ gözlənilir? - AÇIQLAMA
Xəbər verdiyimiz kimi, bu gün yerli vaxtla saat 05:52-də Xəzər dənizində zəlzələ olub. Zəlzələnin maqnitudası 3,1 olub. Zəlzələnin ocağı 31 kilometr dərinlikdə yerləşib. Bəs hazırda ölkədə seysmoloji vəziyyət necədir? Sfera.az bildirir ki, mövzu ilə bağlı Milli.Az -a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin şöbə müdiri Vüsalə Rafiqqızı bildirib ki, hal-hazırki saata qədər fon səviyyəsindədir. "Yəni xırda təkanlar həmişə var
Cəmiyyət10.09.2026 18:12
Kolumbiyada baş vermiş 7 ballıq zəlzələ nəticəsində ölənlərin sayı 331-ə çatıb
Cənubi Amerika ölkəsi Kolumbiyada avqustun 10-da baş verən 7,4 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 331-ə çatıb. Sfera.az xəbər verir ki, Milli Fəlakət Risklərinin İdarə Edilməsi Bölməsinin (UNGRD) məlumatına görə, 4 439 yaralı, itkin düşən 240 nəfər və dağıntılar altında qalan 364 nəfər sağ xilas edilib. Zəlzələnin səbəb olduğu dağıntıların aradan qaldırılması məqsədilə Kolumbiya hökuməti ölkədə “iqtisadi, sosial və ekoloji fövqəladə vəziyyət” elan edib. Kolumbiya Prezidenti Abelardo
Dünya26.08.2026 10:57
İndoneziyada zəlzələdə ölənlərin sayı artdı
İndoneziyanın şərqində baş verən 7,7 maqnitudalı güclü zəlzələ nəticəsində azı 51 nəfər həyatını itirib, minlərlə sakin təhlükəsiz ərazilərə köçürülüb. Sfera.az xəbər verir ki, yeraltı təkanlar Şərqi Nusa Tenqqara əyalətində qeydə alınıb. Təbii fəlakətdən sonra təxminən 5 min nəfərin təxliyə edildiyi bildirilib. Ölkənin səhiyyə nazirinin müavini Benjamin Paulus Oktavianusun sözlərinə görə, zəlzələ zamanı 36 nəfər ağır, 77 nəfər isə yüngül xəsarət alıb.
Dünya16.08.2026 20:46
İndoneziyada bir gündə 3 zəlzələ oldu
İndoneziyada bir gündə artıq üçüncü zəlzələ baş verib. Sfera.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Bildirilib ki, ölkədə qeydə alınan sonuncu zəlzələnin maqnitudası 5,7 olub. Zəlzələnin ocağı 35 kilometr dərinlikdə yerləşib. Qeyd edək ki, bu, İndoneziyada gün ərzində qeydə alınan üçüncü zəlzələdir. Bundan əvvəlki zəlzələlər Flores və Şimali Sumatra bölgəsində baş tutub. Floresdə qeydə alınan zəlzələ 7,6 bal, Şimali Sumatrada baş verən zəlzələ isə
Dünya16.08.2026 10:22
Azərbaycanda yaxın günlərdə zəlzələlər gözlənilir
Xəbər verdiyimiz kimi, bu gün Azərbaycanın şimal bölgəsində yerləşən Quba rayonunda yeraltı təkanlar qeydə alınıb. Sfera.az xəbər verir ki, zəlzələ ilə bağlı Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli nocomment.az -a açıqlama verib. “Bəli, bu dəqiqələrdə Quba rayonunda zəlzələ baş verib. Zəlzələnin gücü 5 bala yaxın olub, ətraf rayonlarda da hiss edilib. Güman edirəm ki, ciddi dağıntılar olmayacaq. Yaxın günlərdə təkrar təkanlar gözlənilir”. O, bildirib ki, ölkəmizdə hər gün
Cəmiyyət15.08.2026 00:39
FHN-dən zəlzələ ilə bağlı açıqlama
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, yerli vaxtla saat 20:56 dəqiqədə Quba rayonu ərazisində 13 km dərinlikdə 4.9 maqnituda zəlzələ qeydə alınıb. Sfera.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Bildirilib ki, zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə bu vaxtadək FHN-ə məlumat daxil olmayıb.
Hadisə14.08.2026 22:25
Azərbaycanda daha bir zəlzələ oldu
Azərbaycan-Ermənistan sərhədində - Ermənistan ərazisində 3,8 maqnitudalı zəlzələ qeydə alınıb. Sfera.az xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Məlumata görə, yeraltı təkanlar Bakı vaxtı ilə saat 23:29-da, 7 km dərinlikdə qeydə alınıb. Kəlbəcər rayonunda 3,6 maqnitudalı zəlzələ qeydə alınıb. Sfera.az xəbər verir ki, bu barədə Türkiyənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat
Cəmiyyət10.08.2026 23:54
Azərbaycan başsağlığı verdi
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) baş vermiş zəlzələ ilə bağlı Kolumbiyaya başsağlığı verib. Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in "X" sosial şəbəkə hesabında paylaşım edilib. "Kolumbiyada baş vermiş zəlzələ nəticəsində insanların həlak olması və dağıntıların meydana gəlməsi bizi dərindən kədərləndirib. Həyatını itirənlərin ailələrinə dərin hüznlə başsağlığı verir, yaralananlara isə tezliklə şəfa diləyirik. Bu çətin zamanda Kolumbiya xalqının yanındayıq", - paylaşımda qeyd
Siyasət10.08.2026 22:12
Azərbaycanda zəlzələ oldu
İmişlidə zəlzələ qeydə alınıb. Sfera.az xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Qeyd olunub ki, 21:53-də qeydə alınan yeraltı təkanın maqnitudası 3.2, dərinliyi isə 26 km olub. Zəlzələ hiss edilməyib.
Cəmiyyət03.08.2026 22:33
İranda güclü zəlzələ oldu
İranın Xuzistan əyalətində 5 bal gücündə zəlzələ qeydə alınıb. Sfera.az xəbər verir ki, bu barədə İran Milli Seysmologiya Mərkəzi məlumat yayıb. Bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 05:55-də Xuzistanın Salənd rayonunda baş verib. Zəlzələnin ocağının 8 kilometr dərinlikdə yerləşdiyi bildirilib. Yeraltı təkanlar əyalətin inzibati mərkəzi Əhvazla yanaşı, Əndimeşk və Dezful şəhərlərində də hiss olunub. Hazırda dağıntı və insan itkisi barədə rəsmi məlumat verilməyib. Mümkün zərərin
Dünya19.07.2026 11:17
Peruda güclü zəlzələ baş verib
Peruda 5.6 bal gücündə zəlzələ baş verib. Sfera.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Məlumata əsasən, yeraltı təkanların episentri 300 000-dən çox əhalisi olan Uankayo şəhərindən 131 km cənub-şərqdə yerləşib. Zəlzələ ocağı 22 km dərinlikdə qeydə alınıb. Xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb.
Dünya19.07.2026 10:21
Azərbaycanda zəlzələ oldu
Xaçmaz rayonunda zəlzələ qeydə alınıb. Sfera.az xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Bildirilib ki, saat 5:58-də qeydə alınan yeraltı təkanın maqnitudası 3.1, dərinliyi isə 45 km olub. Zəlzələ hiss edilməyib.
Hadisə05.07.2026 10:36
Ermənistanda zəlzələ olub
Ermənistan ərazisində 2,4 bal gücündə zəlzələ qeydə alınıb. Sfera.az xəbər verir ki, yeraltı təkanın episentri İcevan şəhərindən 14 kilometr şimalda yerləşib. Ermənistanın Daxili İşlər Nazirliyinin məlumatına görə, zəlzələ yerli vaxtla saat 19:05-də baş verib. Episentrdə təkanın gücü 3 bal olub. Zəlzələ İcevanla yanaşı, Açacur, Xaştərək və Sevkar kəndlərində də 2-3 bal gücündə hiss edilib./metbuat
Dünya02.07.2026 20:43
Daha bir ölkədə GÜCLÜ ZƏLZƏLƏ
Papua-Yeni Qvineyanın Yeni Britaniya regionunun sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib. Sfera.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (GFZ) məlumat yayıb. Yeraltı təkanların maqnitudası 5,6 təşkil edib. Təbiət hadisəsinin ocağı 10 km dərinlikdə yerləşib. Episentri Yeni Britaniya adası rayonunda, cənub enliyinin 5,71 dərəcəsi və şərq uzunluğunun 151,01 dərəcəsi koordinatlarında olub. İtki və dağıntılar barədə məlumat verilmir.
Dünya30.06.2026 19:31
Azərbaycanda güclü zəlzələ olacaq? - Seysmoloqdan AÇIQLAMA
Son günlər region ölkələrində baş verən zəlzələlərlə bağlı xəbərlər yayılır. Xüsusilə Türkiyə, İran və ətraf bölgələrdə qeydə alınan yeraltı təkanlar Azərbaycanda da mümkün seysmik aktivliklə bağlı sualları artırıb. Azərbaycanın yerləşdiyi coğrafi ərazi seysmik baxımdan aktiv zonalara yaxın olduğuna görə zəlzələ riski hər zaman diqqətdə saxlanılır. Bəs Azərbaycanda yaxın zamanlarda zəlzələ gözlənilirmi? Əsas risk zonaları haradır? Məsələ ilə bağlı seysmoloq Qulam Babayev Sfera.az -a açıqlama
Media23.06.2026 15:11
Bu ölkədə güclü zəlzələ oldu
Çinin şimal-qərbində yerləşən Tsinxay bölgəsində 6.3 maqnitudalı zəlzələ qeydə alınıb. Sfera.az xəbər verir ki, bu barədə Çin Seysmoloji Şəbəkələr Mərkəzi məlumat yayıb. Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib. İtki və dağıntı barədə hələlik məlumat verilməyib.
Dünya16.06.2026 15:01






















