Logo

Məşhur aktyorlar orqanlarını bağışladı

Məşhur aktyorlar orqanlarını bağışladı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Türkiyənin Kocaeli Universiteti Xəstəxanasında 3–9 noyabr Orqan Bağışlama Həftəsi çərçivəsində maarifləndirmə tədbiri keçirilib. Tədbirdə məşhur aktyorlar Gürkan Uygun və Serkan Keskin də iştirak ediblər.

Sfera.az xəbər verir ki, aktyor Gürkan Uygun orqanlarını bağışladığını açıqlayaraq vətəndaşlara müraciət edib:

“Mən orqanlarımı bağışlamışam. Siz də bağışlayın. Sizin sonunuz başqa bir insanın başlanğıcı ola bilər”.

Tədbirdə orqan transplantasiyasının tibbi və humanitar əhəmiyyəti, donor qeydiyyatı və xəstələrin üzləşdiyi çətinliklər barədə məlumat verilib.

Dini qurum rəhbəri Hüseyin Demirtaş isə orqan bağışında dini fərqlərin nəzərə alınmamalı olduğunu vurğulayıb.

“Qeyri-müsəlman olsa belə, onun orqanını qəbul edəcəyik. Bu məsələyə ümumbəşəri yanaşmalıyıq”, - o bildirib.

Həftə çərçivəsində xəstəxanada məlumatlandırma stendləri də qurulub, donor olmaq istəyən vətəndaşlara qeydiyyatla bağlı dəstək göstərilib. Tədbirin sonunda iştirakçılara təşəkkür sənədləri təqdim olunub.

İradə Elsevər

Sfera.az

Məşhur aktyorlar orqanlarını bağışladı — foto 1
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR