Logo

Qardaşı ilə balıq tutmağa getdi, milyonçu kimi geri döndü - FOTO

Qardaşı ilə balıq tutmağa getdi, milyonçu kimi geri döndü - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Avstraliyada futbol məşqindən sonra qardaşı ilə balıq tutmağa gedən 26 yaşlı Metyu Morris gözlənilməz hadisə ilə üzləşib.

O, xüsusi müsabiqə çərçivəsində suya buraxılan balıqlardan birini tutaraq 1 milyon Avstraliya dolları (təxminən 1 milyon Avstraliya dolları) məbləğində mükafat qazanıb.

Sfera.az xəbər verir ki, hadisə Avstraliyanın Darvin şəhəri yaxınlığında baş verib. Balıq tutan Morrisin tilinə təxminən 80 santimetr uzunluğunda barramundi balığı düşüb. İlk vaxtlar bunun adi ov olduğunu düşünən gənc balığın üzərindəki xüsusi etiketi gördükdən sonra böyük mükafat qazandığını anlayıb. Məlum olub ki, balıq Avstraliyanın Şimal Ərazisində hər il keçirilən “Million Dollar Fish” adlı müsabiqə çərçivəsində suya buraxılıb.

Müsabiqənin qaydalarına əsasən, bölgənin sularına üzərində xüsusi etiketlər olan barramundi balıqları buraxılır. Bu mövsüm ümumilikdə 101 mükafatlı balıq suya salınıb. Onlardan 100-nü tutanlara 10 min Avstraliya dolları, xüsusi olaraq müəyyən edilmiş bir balığı tutan şəxsə isə 1 milyon Avstraliya dolları mükafat verilir.

Morris müsabiqənin 12 illik tarixində baş mükafatı qazanan ikinci iştirakçı olub. Şimal Ərazisinin baş naziri Lia Finokkiaro gənc balıqçıya zəng edərək böyük mükafatın sahibi olduğunu şəxsən bildirib. Xəbəri eşidən Morris sevinc göz yaşlarını saxlaya bilməyib və dərhal anasına zəng edib. Gənc qazandığı pulla ilk növbədə ev almaq, borclarını bağlamaq və qalan vəsaiti şəxsi ehtiyacları üçün istifadə etmək istədiyini bildirib.

Bəsti Rəfizadə
Sfera.az

Qardaşı ilə balıq tutmağa getdi, milyonçu kimi geri döndü - FOTO
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR