Logo

ABŞ-də edamdan sağ çıxan qadın açıqlama verdi

ABŞ-də edamdan sağ çıxan qadın açıqlama verdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

ABŞ-nin Tennessi ştatında sentyabrın 30-da həyata keçirilən edam cəhdindən sağ çıxan ölüm hökmü məhbusu Krista Payk yaşadıqlarını ilk dəfə açıqlayıb.

Sfera.az xəbər verir ki, zəhərli iynə ilə edam edilməsinə cəhd göstərilən Payk ona vurulan iki doza ölümcül iynəyə baxmayaraq, sağ qalıb.

Edam cəhdinin uğursuzluğundan sonra xəstəxanaya yerləşdirilən qadın müalicəsi başa çatdıqdan sonra evə deyil, yenidən həbsxanaya göndərilib.

Dünya ictimaiyyətinin diqqətini çəkən hadisədən sonra ilk dəfə danışan Payk bədəninin müxtəlif nahiyələrində ağrılar olduğunu və danışmaqda çətinlik çəkdiyini bildirib.

BBC-nin məlumatına görə, o, yaşadığı travmatik hadisənin psixoloji təsirlərindən də söz açıb.

“O gecədən bəri ağrı çəkmədiyim bir an belə olmayıb. Bədənim ağrıyır. Qollarım, əllərim, boğazım ağrıyır. Hələ də danışmaqda çətinlik çəkirəm. Üstəlik, ağrılarım yalnız fiziki deyil. Zehnimdə və ruhumda da ağrı var”, - deyə Payk bildirib.

Krista Payk 1995-ci ildə, hələ 18 yaşında olarkən, problemli gənclər üçün təşkil edilən təlim düşərgəsində tanış olduğu 19 yaşlı Kollin Slemmeri sevgilisi Tadaryl Şipp ilə birlikdə işgəncə verərək öldürməkdə təqsirli bilinib.

O, 1996-cı ildə edam cəzasına məhkum edilib.

Tennessi ştatında edam cəzasına məhkum edilmiş yeganə qadın olan Payk sentyabrın 30-da, yerli vaxtla saat 20:00-da Neşvildəki Riverbend Maksimum Təhlükəsizlikli Həbsxanasında zəhərli iynə ilə edam edilməli idi.

Qeyd edək ki, Paykın edamı baş tutacağı təqdirdə, o, Tennessi ştatında 200 ildən sonra edam edilən ilk qadın olacaqdı.

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR