Logo

Xamenei: “ABŞ və İsrailə sərhəd tanımadan zərbə endiriləcək”

Xamenei: “ABŞ və İsrailə sərhəd tanımadan zərbə endiriləcək”
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

İranın dini lideri Müctəba Xamenei ölkənin hərbi rəhbərliyi ilə təcili toplantı keçirərək Silahlı Qüvvələrə hazırlıq səviyyəsinin artırılması və mümkün təhdidlərə sərt cavab verilməsi barədə göstərişlər verib.

Sfera.az xəbər verir ki, İranın dini lideri Silahlı Qüvvələrin yüksək rütbəli komandirləri ilə görüşündə ölkəyə qarşı istənilən təhdidə dərhal, təsirli və qətiyyətli cavab verilməli olduğunu bildirib.

İclasda hərbi qüvvələrə mümkün hücumlara qarşı coğrafi sərhəd məhdudiyyəti olmadan cavab verməyə hazır olmaq tapşırılıb.

Müctəba Xamenei ABŞ və İsrailə aid bütün hədəflərin müəyyənləşdirilməsi və onlarla bağlı məlumatların dərhal yenilənməsi barədə göstəriş verib.

O, mümkün cavab tədbirlərinin görülməsinin bölgədə davam edən hadisələrdən, xüsusilə də terror hücumlarının davam edib-etməməsindən asılı olacağını vurğulayıb.

Görüşdə İran Silahlı Qüvvələrinin şəxsi heyətinin sosial vəziyyəti də diqqət mərkəzində olub. Xamenei hərbçilərin yaşayış və təminat problemlərinə toxunaraq onların ehtiyaclarının qarşılanması üçün zəruri addımların atılmasının vacibliyini qeyd edib.

Dini lider bildirib ki, Silahlı Qüvvələrə ölkə daxilində göstərilən dəstək İranın xarici qüvvələrə və onların muzdlu qruplarına qarşı çəkindirici gücünün əsas dayaqlarından biridir.

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR