Logo

Fransadakı etirazlar Almaniyaya da yayıldı

Fransadakı etirazlar Almaniyaya da yayıldı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Fransada baş qaldıran etiraz dalğasının Almaniyaya da yayıldığı bildirilib.

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, ölkənin 34 şəhərində “Gen Z regelt” (“Z nəsli həll edir”) təşəbbüsünün təşkilatçılığı ilə kütləvi etiraz aksiyaları keçirilir. Büdcə ixtisarlarına və gələcək perspektivlərinin məhdudlaşmasına etiraz edən gənclərin nümayişlərinə 170 mindən çox insanın qatılacağı gözlənilir. Aksiyalar paytaxt Berlinlə yanaşı, Münhen, Frankfurt və Köln də daxil olmaqla, 34 şəhəri əhatə edir.

Nümayişlərin koordinasiyasını həyata keçirən “Gen Z regelt” platforması aksiyaların dinc, partiyalarüstü və hər kəsə açıq olduğunu bəyan edib.

Təşkilatın yaydığı məlumata görə, nümayişlərdə iştirak edəcək gənclərin təxminən 90 faizi ilk dəfə siyasi fəaliyyətə qoşulub.

Etirazların əsas səbəbləri arasında büdcə ixtisarları, gənclərin sosial problemləri və gələcəklə bağlı qeyri-müəyyənlik göstərilib. Təşkilatçılar siyasətçiləri uşaqların və gənclərin problemlərinə daha həssas yanaşmağa çağırırlar.

Etirazlar başlamazdan əvvəl Almaniyada bir sıra lüks brendlərin mağazalarına qarşı təhlükəsizlik tədbirləri görülüb.

“Rolex”, “Tiffany & Co” və “Saint Laurent” kimi dünya şöhrətli markaların mağazalarının vitrinləri və girişləri kontrplak lövhələrlə bağlanıb.

Ölkə üzrə keçirilən aksiyalarla əlaqədar minlərlə polis əməkdaşının xidmətə cəlb ediləcəyi bildirilib. Zərurət yaranacağı təqdirdə Federal Polisin də əyalət qüvvələrinə dəstək verəcəyi qeyd olunub.

Berlinə qonşu əyalətlərdən əlavə polis qüvvələrinin cəlb edildiyi və təhlükəsizlik tədbirlərinin gücləndirildiyi bildirilib.

Təşkilatın sözçüsü Kölndə verdiyi açıqlamada gənclərin narazılığını sərt ifadələrlə çatdırıb.

“Artıq bezmişik. Hamımız birlikdə şənbə günü etiraz etməyə qərar verdik”, - deyə o bildirib.

Hökumətə müraciət edən sözçü gənclərin tələbləri nəzərə alınana qədər etirazların davam edəcəyini vurğulayıb:

“Siz bizi görməzdən gəlməyə son verənə qədər konstitusion hüququmuz olan toplaşmaq azadlığından istifadə etməyə davam edəcəyik”.

Almaniyada gənclərin etirazları iqtisadi çətinliklər, sosial problemlər və gələcəklə bağlı narahatlıqlar fonunda baş verir. Aksiyaların ölkədə gənclərin problemlərinin siyasi gündəmdə daha geniş müzakirəsinə səbəb olacağı gözlənilir.

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR