Logo

Təklif olunan ssenariyə etiraz etdi: “Ədəb-əxlaq yoxdur?”

Təklif olunan ssenariyə etiraz etdi: “Ədəb- əxlaq yoxdur?”
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Türkiyəli aktrisa Bahar Şahin ona təklif olunan rollardan biri ilə bağlı səsləndirdiyi fikirlərlə gündəmə gəlib.

Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, aktrisa Sarp Bozkurtun aparıcısı olduğu “Acı Sohbet” proqramının yeni buraxılışında aktyorluq karyerası və ona gələn ssenarilər barədə danışıb.

Bahar Şahin xüsusilə bir ssenarinin məzmununa etiraz edib. Onun sözlərinə görə, təklif olunan obraz və hadisələrin inkişafı heç də inandırıcı olmayıb.

Aktrisa bildirib ki, “Zalim İstanbul” serialında canlandırdığı Ceren Karaçay obrazından sonra prodüserlər ona tez-tez oxşar rollar təklif edirlər.

Şahin danışıb ki, ona təqdim edilən ssenarilərdən birində qadın obrazı vəfat etmiş bacısının həyat yoldaşına aşiq olur. Daha sonra isə həmin kişi də dünyasını dəyişir.

Bu süjet xəttinə təəccüblənən aktrisa “Ədəb, heç əxlaq yoxdur?” sözləri ilə reaksiyasını ifadə edib.

O, bəzi mənfi obrazların ssenaridə lazımi səviyyədə işlənmədiyini də vurğulayıb. Şahinin fikrincə, obrazın tamaşaçı tərəfindən qəbul edilməsi üçün təkcə aktyorun istedadı kifayət etmir, ssenari və rejissor işi də mühüm rol oynayır.

Aktrisa qeyd edib ki, ssenarist obrazı düzgün yaza bilmədikdə və ya rejissor hadisələrin dünyasını lazımi şəkildə qura bilmədikdə, aktyor nə qədər çalışsa da, obrazı uğurlu təqdim etmək çətinləşir.

Qeyd edək ki, Bahar Şahin “O Hayat Benim”, “Zalim İstanbul”, “Gülümse Kaderine” və “Aynı Yağmur Altında” kimi layihələrdə rol alıb.

Fatimə

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR