Vuçiç Serbiyanın hakim partiyasına yenidən rəhbərlik edə bilər
Serbiyanın sabiq prezidenti Aleksandr Vuçiç Serb Tərəqqi Partiyasının (STP) rəhbəri ola bilər.
Sfera.az TASS-a istinadən xəbər verir ki, bu barədə partiyanın hazırkı sədri Miloş Vuçeviç məlumat verib.
O bildirib ki, dekabrın 13-də partiyanın növbədənkənar iclasının keçirilməsini təklif edib. İclasda yeni rəhbərliyin və idarəetmə orqanlarının seçilməsi, eləcə də qarşıdakı dövr üçün hazırlıqların müzakirəsi nəzərdə tutulur.
“Serb Tərəqqi Partiyasının sədri kimi dekabrın 13-də növbədənkənar iclasın çağırılmasını təklif edirəm. Həmin iclasda partiyanın yeni rəhbərliyini və idarəetmə orqanlarını seçəcək, həmçinin qarşıdakı dövrə hazırlaşacağıq”, – deyə Vuçeviç bildirib.
Qeyd edək ki, Aleksandr Vuçiç 2012–2023-cü illərdə Serb Tərəqqi Partiyasına rəhbərlik edib.
Bundan əvvəl “The Times” nəşri mənbələrə istinadən yazıb ki, sabiq prezident parlament seçkilərindən sonra hakimiyyəti güc yolu ilə qoruyub saxlamağı planlaşdırsa da, sonradan bu ssenaridən imtina edib.
Məlumat üçün bildirək ki, Serbiyada oktyabrın 25-də növbədənkənar parlament seçkiləri keçirilib. Mənbədəki məlumata görə, seçkilərdə “Tələbə siyahısı – Tələbələr qalib gəlir” adlı müxalifət hərəkatı qələbə qazanıb.
Fatimə





