Logo

Dmitriyev: Trampın nümayəndələri amerikalıları evlərinə qaytarır

Dmitriyev: Trampın nümayəndələri amerikalıları evlərinə qaytarır
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Rusiya Birbaşa İnvestisiyalar Fondunun (RDİF) rəhbəri, Rusiya prezidentinin xarici ölkələrlə investisiya-iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff və onun kürəkəni Cared Kuşner haqqında paylaşım edib.

Sfera.az xəbər verir ki, Dmitriyev bu barədə “X” sosial şəbəkəsində yazıb.

“Prezident Trampın sülhməramlıları Stiv Uitkoff və Cared Kuşner amerikalıları evlərinə qaytarırlar”, – deyə o bildirib.

Dmitriyevin sözlərinə görə, Uitkoff və Kuşner, eyni zamanda, ABŞ prezidentinin təhlükəsizliyin təmin olunmasına yönəlmiş sülh və qlobal gündəliyini irəli aparırlar.

Qeyd edək ki, bundan əvvəl ABŞ vitse-prezidenti Cey Di Vens Vladimir Putinlə danışıqlardan sonra Uitkoffun nikbin əhval-ruhiyyədə olduğunu bildirmişdi.

Görüş zamanı Rusiya lideri ABŞ-nin xüsusi nümayəndəsinə noyabr ayında Kiyevin də iştirakı ilə üçtərəfli danışıqları bərpa etməyə hazır olduğunu çatdırıb.

Fatimə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR