Logo

"Başkalarının Hayatı" serialının yayım tarixi dəyişdirildi

"Başkalarının Hayatı" serialının yayım tarixi dəyişdirildi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Türkiyənin Star TV telekanalında yayımlanması gözlənilən “Başkalarının Hayatı” serialının yeni bölümü bu axşam efirə getməyəcək.

Sfera.az xəbər verir ki, serialın yeni bölümünün yayımlanmamasına səbəb televiziya sektorunda yaşanan reklam böhranıdır.

Belə ki, reklam gəlirlərinin azalması Türkiyə telekanallarında yayımlanan serialların efir cədvəlinə də təsir göstərib. Son günlər “Halef”, “Sevdiğim Sensin”, “Muhtemel Aşk” və “Kızılcık Şerbeti” kimi məşhur layihələrin yeni bölümlərinin yayımlanması təxirə salınıb.

Bu qərar “Başkalarının Hayatı” serialına da şamil edilib. Belə ki, bu axşam yeni bölüm əvəzinə layihənin əvvəlki seriyalarından biri nümayiş olunacaq.

Serialın yeni bölümünün isə noyabrın 7-də tamaşaçılara təqdim edilməsi planlaşdırılıb.

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR