İsraildə Çexiya diplomatını avtobus vuraraq öldürdü
İsrailin Qüds şəhərində Çexiyanın səfirliyinin Qüds bölməsinin rəhbəri Klara Şnayderova avtobusun vurması nəticəsində həyatını itirib.
Sfera.az xəbər verir ki, bu barədə Çexiyanın Təl-Əvivdəki diplomatik nümayəndəliyi sosial şəbəkə hesabında məlumat yayıb.
Bildirilib ki, diplomat yol-nəqliyyat hadisəsi nəticəsində dünyasını dəyişib. Hadisə Aqripas küçəsində baş verib. “i24news” telekanalının məlumatına görə, mikroavtobusun sürücüsü idarəetməni itirərək səkiyə çıxıb, piyadanı vurduqdan sonra mağazaya çırpılıb.
Ağır vəziyyətdə xəstəxanaya çatdırılan Şnayderova həkimlərin müdaxiləsinə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb. Mikroavtobusun sürücüsü saxlanılıb.
İsrailin xarici işlər naziri Gideon Saar diplomatın ailəsinə, yaxınlarına və Çexiyanın diplomatik korpusuna başsağlığı verib.
Fatimə
Sfera.az






