Devrim Özkan sevdiyi şəxsin adını açıqlayıb
Türkiyəli aktrisa Devrim Özkan həmkarı Deniz Can Aktaşla münasibətini sosial şəbəkədə etdiyi paylaşımla etiraf edib.
Sfera.az xəbər verir ki, bir müddətdir eşq münasibətlərini ictimaiyyətdən uzaq tutmağa çalışan cütlük bu dəfə sevgilərini gizlətməməyə qərar verib.
Devrim Özkan Deniz Can Aktaşla birlikdə çəkilmiş fotosunu ilk dəfə sosial media hesabında izləyiciləri ilə bölüşüb.
Aktrisa paylaşımına “Bir zamanlar Los-Anceles” qeydini əlavə edib. Deniz Can Aktaş isə sevgilisinin fotosuna qırmızı ürək emojisi ilə münasibət bildirib.

Deniz Can Aktaş daha əvvəl qonaq olduğu televiziya proqramlarından birində şəxsi həyatı ilə bağlı sualları cavablandırarkən həyatında sevdiyi birinin olduğunu təsdiqləyib.
Aktyor münasibəti barədə danışarkən “Həyatımda məni xoşbəxt edən bir eşq var” ifadəsini işlədib. O, sevginin həyatına təsirindən də bəhs edərək bu münasibətin onu daha enerjili etdiyini, gözlərinin parladığını və işinə daha böyük həvəslə yanaşdığını bildirib.
İradə Elsevər







