Logo

2 dəqiqəyə yuxuya getməyin üsulu – ABŞ XTQ-dən TEXNİKA

2 dəqiqəyə yuxuya getməyin üsulu – ABŞ XTQ-dən TEXNİKA
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bəzən bədən yorğun olsa da, düşüncələr insanın rahatlanmasına və yuxuya getməsinə mane olur. Belə hallarda nəfəsə fokuslanan “4-7-8” texnikasının rahatlamağa kömək etdiyi bildirilir.

Sfera.az bildirir ki, metodun amerikalı həkim Endryu Veyl tərəfindən rahatlama üsulu kimi məşhurlaşdırıldığı qeyd olunur. Bəzi mənbələrdə ABŞ Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlılarının da stressli vəziyyətlərdə bu texnikadan istifadə etdiyi bildirilir.

“4-7-8” üsulu necə tətbiq olunur?

1. 4 saniyə nəfəs alın. Yəni yavaş və dərin şəkildə 4 saniyə ərzində nəfəs alın.

  1. 7 saniyə nəfəsi saxlayın.

  2. Ağzınızdan 8 saniyə ərzində yavaş-yavaş nəfəs verin. Nəfəsvermə zamanı yüngül səs yaranması normaldı

  3. 4 dövr təkrarlayın.

Başlanğıcda məşqi 4 dövr etmək kifayətdir.

Texnika zamanı dilin ucunun üst ön dişlərin arxasındakı damağa yerləşdirilməsi tövsiyə olunur. Dil bütün məşq boyunca həmin vəziyyətdə saxlanılır.

Avadanlıq tələb etmir

“4-7-8” texnikasını oturaraq və ya uzanaraq, gözlər açıq və ya bağlı vəziyyətdə tətbiq etmək mümkündür. Bunun üçün sakit və rahat bir yer kifayətdir.

Dərin və ritmik nəfəs almaq ürək döyüntüsünün və arterial təzyiqin azalmasına, əzələ gərginliyinin aradan qalxmasına və fikirlərin sakitləşməsinə kömək edə bilər. Bədən tədricən gərginlik vəziyyətindən rahatlama vəziyyətinə keçir.

Nəticə üçün müntəzəmlik vacibdir

“4-7-8” metodu dərhal yuxuya getməyə zəmanət vermir. Bu, zamanla formalaşdırılan bir vərdiş kimi təqdim olunur. Müntəzəm məşqlə insanın gecələr düşüncə axınını sakitləşdirməsi asanlaşa bilər.

Həkim Endryu Veylin tövsiyəsinə əsasən, texnikanı gündə ən azı iki dəfə tətbiq etmək, başlanğıcda isə bir məşq zamanı 4 dövr yerinə yetirmək mümkündür. Təxminən bir aylıq gündəlik praktikadan sonra, rahat olduğu halda, bir seansda dövrlərin sayını 8-ə qədər artırmaq olar. Bir dəfəyə 8 dövrdən çox etmək tövsiyə edilmir.

Texnika yalnız yuxudan əvvəl deyil, stressli vəziyyətlərdə, mühüm çıxışdan əvvəl və gecə yuxudan oyanaraq yenidən yata bilmədikdə də tətbiq oluna bilər.

Uzun və yavaş nəfəsvermə sinir sistemini sakitləşdirməyə kömək edə bilər. Eyni zamanda nəfəsin ritminin dəyişməsi oksigen və karbon qazı səviyyələrində kiçik dəyişikliklərə səbəb olaraq bəzi insanlarda yüngül başgicəllənmə yarada bilər.

Bu səbəbdən texnika zamanı özünüzü narahat hiss etsəniz və ya başgicəllənmə yaranarsa, məşqi dayandırıb normal nəfəs almaq lazımdır.

Fatimə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR