Logo

Müctəba Xamenei tapşırıq verdi

Müctəba Xamenei tapşırıq verdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

İranın ali rəhbəri Müctəba Xamenei ölkənin məhkəmə hakimiyyətinin rəhbəri Qulamhüseyn Möhsüni-Ejei ilə görüşündə müasir texnologiyalardan maksimum istifadə edilməsinin vacibliyini vurğulayıb.

Sfera.az IRIB-yə istinadən xəbər verir ki, Xamenei müasir texnologiyaların dövlət qurumlarının idarəetməsinin təkmilləşdirilməsinə xidmət etməli olduğunu bildirib.

O, ABŞ və İsrailin hücumları nəticəsində İran xalqına dəydiyi bildirilən maddi və mənəvi zərərin ödənilməsi istiqamətində işlərin gücləndirilməsini tapşırıb.

Bundan əlavə, ali rəhbər cinayətlərin baş verməsinə səbəb olan vəzifə səhlənkarlıqlarının araşdırılmasının, aidiyyəti qurumlarla əməkdaşlığın genişləndirilməsinin və cinayətkarlığa qarşı qətiyyətli mübarizənin vacibliyini qeyd edib.

Xamenei hüquq pozuntularına şərait yaradan amillərin aradan qaldırılması istiqamətində də tədbirlərin görülməsini istəyib.

Altay

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR