Logo

Kriptovalyutalar ucuzlaşır: Sərmayə qoymaq sərfəlidir?

Kriptovalyutalar ucuzlaşır: Sərmayə qoymaq sərfəlidir?
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Son bir neçə ayda kriptovalyuta bazarında ucuzlaşma müşahidə olunur. Bazar kapitallaşmasına görə ilk iki yerdə qərarlaşan “Bitcoin” və “Ethereum”un qiymətləri də geriləyib. “Bitcoin” 6 faizdən çox ucuzlaşaraq 64 min dollara, “Ethereum” isə 5 faiz ucuzlaşaraq 1800 dollara düşüb.

Bəs qiymətlərdəki bu kəskin dəyişikliklər kriptovalyutaların riskli maliyyə aləti olduğunu göstərirmi?

İqtisadçı Xalid Kərimli Sfera.az-a açıqlamasında kriptovalyutaların qiymətinin qısa müddətdə kəskin enə biləcəyini bildirib:

“Kriptovalyutalar çox riskli maliyyə alətləridir. Kriptovalyutalar bir həftə, hətta bir gün ərzində 30 və ya 50 faiz də ucuzlaşa bilər. Kriptovalyutaların istehlak dəyəri yoxdur, yalnız mübadilə dəyəri var. Yəni növbəti investor onu almağa hazırdırsa, onun bir dəyəri var. Alıcı tapılmasa, dəyəri sürətlə düşə bilər”.

Kriptovalyutalar ucuzlaşır: Sərmayə qoymaq sərfəlidir?

İqtisadçı bütün kapitalı kriptovalyutalara yatırmağın riskli olduğunu vurğulayıb:

“Ona görə də investorların portfellərinin müəyyən hissəsini kriptovalyutalara ayırması məqsədəuyğundur. Bütün kapitallarını bu alətlərə yatırsalar, qiymətlərin kəskin dəyişməsi səbəbindən böyük risklə üzləşə bilərlər. Gəlirlilik yüksək ola bilər, amma böyük məbləğdə pul itirmək ehtimalı da var”.

Şahanə Ziyad

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR