Yuxu görərkən beyində nə baş verir?

Yuxu görərkən beyində nə baş verir?
Kateqoriya məlum deyil
T

Yeni araşdırma yuxuların daha intensiv görüldüyü REM mərhələsində beynin yüksək miqdarda enerji sərf etdiyini ortaya çıxarıb. Bu proses yuxudan sonra hiss edilən zehni yorğunluğun səbəblərindən biri ola bilər.

Sfera.az xəbər verir ki, Yaponiyanın Tohoku universitetində aparılan araşdırmada yuxu zamanı beyinə qan və enerji mənbələrinin axını artsa da neyronların birbaşa istifadə etdiyi əsas enerji vahidi olan ATP səviyyəsinin sürətlə azaldığı müəyyən edilib.

Alimlər xüsusi görüntüləmə üsullarından istifadə edərək təbii yuxu vəziyyətində olan siçanların beyin fəaliyyətini izləyiblər. Nəticələrə görə, REM mərhələsi başlamazdan təxminən 50 saniyə əvvəl beynin arxa hissəsindən ön hissəsinə doğru qan axını əhəmiyyətli dərəcədə artır. Lakin buna baxmayaraq, neyronlarda enerji sərfiyyatı yüksəlir.

Araşdırmanın rəhbəri professor Ko Matsui bildirib ki, insan yuxuda sakit görünsə də xüsusilə yuxu zamanı beyin olduqca aktiv işləyir. Tədqiqatçılar enerji sərfiyyatının yaddaşın möhkəmləndirilməsi, sinapsların yenidən təşkili və beyin bölgələri arasında intensiv informasiya mübadiləsi ilə əlaqəli ola biləcəyini qeyd ediblər.

Alimlərin fikrincə, əldə olunan nəticələr yuxunun yaddaş və beyin fəaliyyətindəki rolunu, eləcə də beynin məhdud enerji ehtiyatlarını necə idarə etdiyini daha yaxşı anlamağa kömək edə bilər.

Mənsumə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR