Logo

Bakı-İrəvan xəttində dəyişiklik: Sülh sazişi daha tez imzalanacaq?

Bakı-İrəvan xəttində dəyişiklik: Sülh sazişi daha tez imzalanacaq?
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Son dövrlərdə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində aparılan diplomatik təmaslar regionda sülh perspektivlərini yenidən gündəmə gətirib. Tərəflər arasında sülh prosesinin irəliləməsi, sərhədlərin delimitasiyası, nəqliyyat kommunikasiyalarının açılması və iqtisadi əlaqələrin qurulması əsas müzakirə mövzuları olaraq qalır. Bununla belə, həllini gözləyən bir sıra məsələlər iki ölkə arasında münasibətlərin gələcək inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.

Bəs 2027-ci ildə Azərbaycanla Ermənistan arasında hansı məsələlər öz həllini tapa bilər? Sülh prosesində hansı istiqamətlər üzrə real irəliləyiş gözlənilir?

Deputat Elman Nəsirov Sfera.az-a açıqlamasında deyib ki, iki ölkə arasında iqtisadi əlaqələrin inkişafı qarşılıqlı etimadın möhkəmlənməsinə töhfə verə bilər:

“Noyabrın 12-də Prezident İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Dublində keçirilən görüş sülh prosesi baxımından mühüm əhəmiyyət daşıyır. Avropa Siyasi Birliyinin zirvə görüşü çərçivəsində baş tutan görüşün əsas xüsusiyyəti tərəflərin heç bir vasitəçi olmadan bir araya gəlməsi və gündəliyi özlərinin müəyyənləşdirməsidir. Görüşdə çox konstruktiv danışıqlar aparılıb. Əsas müzakirə olunan məsələlər ikitərəfli iqtisadi əlaqələrin genişləndirilməsi ilə bağlı olub. Azərbaycandan Ermənistana neft və neft məhsullarının ixracı həyata keçirilir. Ermənistandan Azərbaycana ixrac ediləcək məhsulların siyahısı isə tərtib olunur. Həmçinin mühüm fakt kimi qeyd edilib ki, Azərbaycan ərazisindən keçməklə Ermənistana artıq 105 min ton yük daşınıb. Bu, etimadın yüksək göstəricisi hesab oluna bilər. Bu sahədə əməkdaşlığın dərinləşdirilməsi əsas hədəflərdən biri kimi müəyyən edilib”.

Bakı-İrəvan xəttində dəyişiklik: Sülh sazişi daha tez imzalanacaq?

Deputat bildirib ki, görüşdə sərhədlərin delimitasiyası və enerji sahəsində əməkdaşlıq məsələləri də müzakirə olunub:

“İki ölkə arasında sərhədlərin delimitasiyası ilə bağlı komissiyalar fəaliyyət göstərir. Bu fəaliyyətin davam etdirilməsi və intensivləşdirilməsi barədə razılıq əldə olunub. Bu da sülh prosesinə töhfə kimi dəyərləndirilə bilər. Eyni zamanda, enerji sahəsində əməkdaşlıq məsələləri diqqət mərkəzində saxlanılıb. Azərbaycan və Ermənistanın elektrik xətlərinin birləşdirilməsi ilə bağlı perspektiv niyyət ifadə olunub. Bu da sülh prosesinə əlavə dəstək baxımından müsbət hadisədir”.

Elman Nəsirovun sözlərinə görə, ekologiya sahəsində əməkdaşlıq da görüşün əsas müzakirə mövzularından biri olub:

“Ekologiya sahəsində əməkdaşlıq da görüşün əsas müzakirə mövzularından biri olub. Söhbət, ilk növbədə, transsərhəd çayların birgə idarə olunmasından gedir. Bu sahədə əməkdaşlığın genişləndirilməsi və prosesin irəli aparılması barədə də razılıq əldə olunub. Əsas hədəf iki dövlət və xalq arasında etimad mühitinin daha da möhkəmləndirilməsidir. Çünki etimad olmayan yerdə sülhdən söhbət gedə bilməz. Müzakirə olunan məsələlər bu baxımdan böyük əhəmiyyət daşıyır”.

Deputat Ermənistanın yeni Konstitusiyası ilə bağlı gözlənilən proseslərə də diqqət çəkib:

“Nəzərə alsaq ki, noyabr ayında Ermənistanın yeni Konstitusiya layihəsinin ictimaiyyətə təqdim olunacağı, gələn il isə bu Konstitusiyanın qəbulunun gözlənildiyi bildirilir, bu proses xüsusi əhəmiyyət kəsb edir. Nikol Paşinyan artıq bəyan edib ki, yeni Konstitusiyada Ermənistanın Müstəqillik Bəyannaməsinə istinad yer almayacaq. Həmin Bəyannamənin 11-ci bəndində isə Azərbaycana qarşı ərazi iddialarının əks olunduğu bildirilir.

Dublin görüşü sülh prosesində mühüm mərhələ hesab oluna bilər. Bu görüş 2025-ci il avqustun 8-də Vaşinqtonda əldə edilmiş razılaşmaların icrası və sülh prosesinin irəli aparılması baxımından böyük əhəmiyyət daşıyır”.

Şahanə Ziyad

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR