Boyun kütlətmək təhlükəli nəticələrə səbəb ola bilər – Mütəxəssislərdən xəbərdarlıq

Boyun kütlətmək təhlükəli nəticələrə səbəb ola bilər – Mütəxəssislərdən xəbərdarlıq
Kateqoriya məlum deyil
T

Boyun ağrısını azaltmaq üçün edilən nəzarətsiz “kütlətmə” hərəkətləri ciddi sağlamlıq problemlərinə, hətta həyati təhlükəyə səbəb ola bilər.

Sfera.az xəbər verir ki, mütəxəssislər boynun qəfil və güclü hərəkətlərlə kütlədilməsinin müalicə üsulu olmadığını bildirirlər. Yanlış müdaxilə damarların zədələnməsi, iflic, beyin qanaması və nadir hallarda ölüm kimi ağır fəsadlara yol aça bilər.

Başakşehir Çam və Sakura Şəhər Xəstəxanasının baş həkimi, qulaq-burun-boğaz mütəxəssisi Prof. Dr. Özgür Yiğit boyun nahiyəsinə həkim nəzarəti olmadan müdaxilə edilməsinin təhlükəli olduğunu deyib.

Onun sözlərinə görə, yanlış hərəkətlər beyinə laxta getməsinə, iflicə, boyun fəqərələrinin zədələnməsinə və beyin kötüyünün travma almasına səbəb ola bilər.

Türkiyə Qulaq-Burun-Boğaz və Baş-Boyun Cərrahiyyəsi Dərnəyinin rəhbəri Prof. Dr. Suat Turgut da boynun qəfil hərəkət etdirilməsi zamanı beyni qidalandıran damarlarda yırtılma baş verə biləcəyini bildirib. Bu isə ani ifliclə nəticələnə bilər.

Mütəxəssis həmçinin belə müdaxilələrin başgicəllənmə, beyincikdə qanama, əzələ zədələnməsi və çox nadir hallarda tənəffüsün dayanması kimi ağır nəticələrə səbəb ola biləcəyini vurğulayıb.

Mütəxəssislər boyun ağrısı və hərəkət məhdudiyyəti zamanı özbaşına “kütlətmə” etmək əvəzinə həkimə müraciət etməyi tövsiyə edirlər.

Türkan

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR