Bu ölkədə 100 yaşını keçən 100 min insan var

Bu ölkədə 100 yaşını keçən 100 min insan var
Kateqoriya məlum deyil
T

Yaponiyada 100 və daha yuxarı yaşda olan insanların sayı ilk dəfə 100 min nəfəri ötüb.

Sfera.az xəbər verir ki, Yaponiya Səhiyyə, Əmək və Rifah Nazirliyinin açıqladığı məlumatlara əsasən, ölkədə 100 yaşdan yuxarı 107 677 nəfər yaşayır. Bu, ötən illə müqayisədə 7 914 nəfər artım deməkdir. Məlumata görə, 100 yaşdan yuxarı şəxslərin 94 298-i qadın, təxminən 13 400-ü isə kişidir. Beləliklə, bu yaş qrupunda qadınların payı 88 faizə yaxın təşkil edir. Yaponiyada 100 yaşdan yuxarı əhalinin sayı ardıcıl olaraq 56-cı ildir artır.

Statistik göstəricilərin aparılmasına 1963-cü ildə başlanılıb. Həmin vaxt ölkədə 100 yaşdan yuxarı cəmi 153 nəfər qeydə alınmışdı. 2025-ci ildə isə bu göstərici 99 763 nəfər olub. Beləliklə, bir il ərzində 100 yaşdan yuxarı insanların sayı ilk dəfə 100 minlik həddi keçib. Mütəxəssislər Yaponiyada insanların ömrünün uzanmasını səhiyyə və tibbi texnologiyaların inkişafı ilə yanaşı, həyat tərzi və digər amillərlə əlaqələndirirlər.

Eyni zamanda, ölkə aşağı doğum səviyyəsi və əhalinin azalması səbəbindən ciddi demoqrafik problemlə üzləşir.

Firuzə Əliyeva

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR