İstanbulda ağır faciə: Polis məmuru həyatını itirdi

İstanbulda ağır faciə: Polis məmuru həyatını itirdi
Kateqoriya məlum deyil
T

İstanbulun Esenyurt rayonunda baş verən silahlı insident polis əməkdaşının həlak olması ilə nəticələnib.

Sfera.az xəbər verir ki, İstanbul Valiliyinin məlumatına görə, hadisə dünən gecə saat 22:50 radələrində Akevler məhəlləsinin Fatih Sultan Mehmet küçəsində qeydə alınıb. Təhlükəsizlik qüvvələri reyd zamanı qanunsuz taksi fəaliyyəti göstərən bir avtomobili saxlayıb.

Bu vaxt maşının sürücüsü Əkrəm A. asayiş keşikçilərinə atəş açaraq polis məmuru Mehmet Ali Topatanı ağır yaralayıb. Hücumdan dərhal sonra sürücü eyni silahla özünə qəsd edib.

Hər iki şəxs xəstəxanaya çatdırılsa da həkimlərin səyinə baxmayaraq, polis əməkdaşı Mehmet Ali Topatan və sürücü Əkrəm A. həyatını itirib.

Mənsumə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR