Almaniyada meşədə Rusiya agentləri üçün silah anbarı aşkarlanıb

Almaniyada meşədə Rusiya agentləri üçün silah anbarı aşkarlanıb
Kateqoriya məlum deyil
T

Almaniyanın Berlin yaxınlığındakı meşəlik ərazidə iki odlu silahın saxlanıldığı gizli anbar aşkarlanıb.

Sfera.az xəbər verir ki, bu barədə “WDR”, “NDR” telekanalları və “Süddeutsche Zeitung” nəşri məlumat yayıb.

Məlumata görə, peşəkar şəkildə hazırlanmış gizli anbarda istifadəyə yararlı iki odlu silah olub. Almaniyanın Konstitusiyanın Müdafiəsi üzrə Federal İdarəsinin (BfV) əldə etdiyi sübutlar isə anbarın Rusiya xüsusi xidmət orqanları tərəfindən istifadə edildiyini göstərir.

Bildirilir ki, bu cür gizli məntəqələr agentlər arasında “ölü poçt qutusu” adlandırılır. Belə yerlər yalnız materialı və ya məlumatı qoyan və götürən şəxsə məlum olur.

Almaniya təhlükəsizlik orqanları hesab edir ki, silahlar Moskvanın tapşırığı ilə fəaliyyət göstərən agentlər üçün saxlanılıb. Onların “kinetik əməliyyatlar”, yəni fiziki zorakılıq və mümkün təxribat aktları həyata keçirməsi planlaşdırıldığı ehtimal edilir.

Almaniyanın daxili təhlükəsizlik xidmətinin rəhbəri Sinan Selen də daha əvvəl Rusiyanın ölkə ərazisində sui-qəsdlər həyata keçirə biləcəyi barədə xəbərdarlıq edib. Onun sözlərinə görə, mümkün hədəflər arasında müdafiə sənayesi rəhbərləri, sürgündə olan müxalifət nümayəndələri və Ukraynanı dəstəkləyən şəxslər ola bilər.

Rusiyanın Almaniyadakı səfirliyinə məsələ ilə bağlı göndərilən sorğuya isə hələlik cavab verilməyib. Rusiya tərəfi daha əvvəl bu cür ittihamları “sui-qəsd nəzəriyyələri” adlandıraraq rədd edib.

İnci

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR