Logo

Rusiyanın 3 mühüm neft obyekti vuruldu

Rusiyanın 3 mühüm neft obyekti vuruldu
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Noyabrın 28-nə keçən gecə Ukrayna Müdafiə Qüvvələri Rusiyanın üç mühüm neft infrastruktur obyektinə zərbələr endirib.

Sfera.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Hədəflər arasında Samara vilayətindəki neft nəqli və dispetçer stansiyası, Başqırdıstandakı “Nurlino” stansiyası və Rostov vilayətində yerləşən Novoşaxtinsk neft emalı zavodu olub.

Məlumata görə, Samara yaxınlığındakı stansiyanın rezervuar parkında yanğın başlayıb. Rusiyanın neft ixracının yarısına qədərinin keçdiyi bu obyekt “Transneft” şirkətinin əsas qovşaqlarından biridir.

Ukrayna tərəfi həmçinin sərhəddən 1 200 kilometrdən çox məsafədə yerləşən “Nurlino” stansiyasının və illik 7,5 milyon ton neft emalı gücünə malik Novoşaxtinsk zavodunun vurulduğunu bildirib. Sonuncunun ərazisində partlayışlar və yanğın qeydə alınıb.

Hücumlar nəticəsində dəymiş ziyanın miqyası dəqiqləşdirilir.

Altay

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR