Logo

Daşqın qolf meydançasını məhv edib - Tramp

Daşqın qolf meydançasını məhv edib - Tramp
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

ABŞ-ın paytaxtı Vaşinqtonda baş verən güclü fırtına Potomak çayı sahilində yerləşən East Potomac qolf meydançasına ciddi ziyan vurub.

Ərazidə suyun səviyyəsinin qalxması nəticəsində sahilboyu qoruyucu bəndlərin bir hissəsi dağılıb, yaxınlıqdakı yolun bəzi hissələri isə sıradan çıxıb.

Sfera.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp özünün “Truth Social” hesabında paylaşım edib.

Tramp ərazini “Zibil adası” adlandıraraq fırtınanın qolf meydançasını tamamilə dağıtdığını iddia edib. Onun sözlərinə görə, Potomak çayı boyunca yerləşən sahilbərkitmə qurğuları çöküb, ərazinin böyük hissəsi su altında qalıb.

ABŞ lideri baş verənləri məhkəmə prosesi ilə də əlaqələndirib. O, qolf meydançasının yenidən qurulmasına mane olan federal hakim Ana Reyesi tənqid edərək, hakimin siyasi motivlərlə hərəkət etdiyini iddia edib.

Tramp bildirib ki, sahilboyu qoruyucu bəndlərin hündürlüyü artırılmalıdır. Əks halda ərazinin və ağacların daşqınlardan qorunması mümkün olmayacaq. O, qolf meydançasının hazırkı vəziyyətdə təhlükəli olduğunu və istifadəyə yararsız hala düşdüyünü vurğulayıb.

Prezidentin sözlərinə görə, ABŞ Daxili İşlər Nazirliyi ərazini bağlayıb və yenidənqurma layihəsinin başlanmasına icazə verilməsi üçün hakimə müraciət edib. Tramp məhkəmənin layihəyə mane olmayacağına ümid etdiyini, əks halda administrasiyanın apellyasiya instansiyasına üz tutmalı olacağını bildirib.

Qeyd edək ki, East Potomac Parkdakı tarixi qolf meydançasının yenidən qurulması ilə bağlı Tramp administrasiyası ilə yerli ictimai təşkilatlar arasında məhkəmə mübahisəsi davam edir. Hakim Ana Reyes əvvəllər ərazidə ağacların kəsilməsini dayandırıb, daha sonra isə parkın ictimaiyyət üçün açıq saxlanılması barədə müvəqqəti qərar verib.

Maraqlıdır ki, Trampın fırtınanın vurduğu ziyanla bağlı iddialarını təsdiqləyən müstəqil mühəndislik hesabatı və ya rəsmi zərər qiymətləndirməsi hələ açıqlanmayıb.

Altay

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR