Məhdudiyyətlər uzadıldı – Daha 90 gün qüvvədə olacaq
Kateqoriya məlum deyil
Polşa Belarusla sərhəddə tətbiq edilən bufer zonanın qüvvədə olma müddətini daha 90 gün – 2027-ci il fevralın 27-dək uzadıb.
Sfera.az xəbər verir ki, müvafiq qərarı Polşanın daxili işlər və administrasiya naziri Marçin Kervinski imzalayıb.
Yeni məhdudiyyətlər noyabrın 30-dan qüvvəyə minəcək. Bu, 2024-cü ilin iyununda tətbiq edilən bufer zona rejiminin onuncu dəfə uzadılmasıdır.
Polşa Daxili İşlər Nazirliyi qərarı Belarusla sərhəddə miqrasiya təzyiqinin və təhlükəsizlik təhdidlərinin davam etməsi ilə əsaslandırıb.
Rəsmi məlumata görə, sərhədi qanunsuz keçmək cəhdləri 2021-ci ilin ortalarından müxtəlif intensivliklə davam edir.
Altay
Sfera.az






