Zelenski mediaya bəzi qadağalar qoydu
Kateqoriya məlum deyil
28 noyabr 2026-cı il tarixindən etibarən Ukrayna mediasına dağıntıların nəticələri, mühüm infrastruktur obyektlərinin bərpa müddətləri, eləcə də qoruyucu qurğuların tikintisinin gedişi və vəziyyəti barədə məlumat yaymaq qadağan olunub.
Sfera.az xəbər verir ki, bu barədə Prezident Volodimir Zelenskinin fərmanında qeyd olunub.
Fərmanla Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının 23 oktyabr tarixli müvafiq qərarı qüvvəyə minib. Hökumətə qadağanın icrası üçün təcili tədbirlər görmək tapşırılıb.
Qərarın icrasına nəzarət Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi İqor Klimenkoya həvalə edilib.
Altay
Sfera.az






