Fransa tarixin ən uzun isti havasını yaşadı

Avropanı bürüyən isti hava dalğası Fransada 22 gün davam edərək ölkə tarixində qeydə alınan ikinci ən uzun isti hava dövrü olub.
Sfera.az xəbər verir ki, Fransanın meteoroloji xidməti Meteo-France-ın məlumatına görə, iyulun 28-də başlayan isti hava dalğası avqustun 18-dək davam edib. Bu, 1983-cü ildə 23 gün davam edən isti hava dalğasından sonra ölkə tarixində ən uzun ikinci dövr sayılır.
İsti hava dalğası iyulun 29-da, avqustun 12-də və 14-də temperaturun rekord səviyyələrə yüksəlməsi ilə pik həddə çatıb.
Fransa bu ilin iyulunda temperatur qeydlərinin aparılmağa başlandığı 1990-cı ildən bəri ən isti iyul ayını yaşayıb. Ölkədə yağıntılar da kəskin azalıb. İyul ayında yağıntı çatışmazlığı 70 faizə çatıb və bu tarixdə ən quraq üçüncü iyul kimi qeydə alınıb.
Mütəxəssislər yüksək temperatur və quraqlığın meşə yanğınları riskini ciddi şəkildə artırdığını bildirirlər.
Fransada bu il tarixinin ən böyük meşə yanğınları mövsümlərindən biri yaşanıb. Yanğınlar nəticəsində 117 min hektardan çox ərazi külə çevrilib.
Mənsumə






