Bu bal növü soyuqdəymənin dərmanıdır

Bu bal növü soyuqdəymənin dərmanıdır
Kateqoriya məlum deyil
T

Kəklikotu balı kəklikotu bitkisinin çiçəklərindən arıların topladığı nektardan əldə edilir.

Özünəməxsus dadı və ətri ilə seçilən bu bal xüsusilə soyuqdəymə, öskürək və boğaz qıcıqlanması zamanı istifadə olunur.

Sfera.az xəbər verir ki, kəklikotu balının tərkibində kəklikotuna xas olan timol kimi maddələrə rast gəlinir.

Bu səbəbdən onun tənəffüs yolları ilə bağlı narahatlıq yarananda istifadə edilməsi geniş yayılıb.

Həmçinin balın dəriyə qulluq məqsədilə də istifadə edildiyi bildirilir.

Kəklikotu balı Türkiyənin əsasən Trabzon, Çankırı, Amasya, Kütahya və Kastamonu bölgələrində istehsal olunur. Balın yığımı kəklikotu bitkisinin çiçəkləmə dövrünə, əsasən may-avqust aylarına təsadüf edir.

Kəklikotu balı səhər yeməyində, qəlyanaltı zamanı və ya çayla birlikdə istehlak edilə bilər. Lakin onun astma, pnevmoniya və digər xəstəlikləri müalicə etdiyi barədə iddialara ehtiyatla yanaşmaq lazımdır. Bal tibbi müalicəni əvəz etmir.

Məhsul alarkən onun mənşəyinə, qablaşdırılmasına və istehsal tarixinə diqqət yetirmək, etibarlı istehsalçıların məhsullarına üstünlük vermək vacibdir.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR