Özcan Denizin həyat yoldaşından romantik paylaşım - FOTOLAR

Məşhur müğənni və aktyor Özcan Deniz ilə iranlı dizayner Samar Dadgarın xoşbəxt evliliyindən yeni görüntülər sosial mediada paylaşılıb. Samar Dadgar həyat yoldaşına olan sevgisini romantik sözlərlə ifadə edib.
Sfera.az xəbər verir ki, ailəsi ilə yaşadığı problemlərlə tez-tez gündəmə gələn Özcan Deniz iranlı dizayner Samar Dadgar ilə 2023-cü ildə ailə həyatı qurub.
Qeyd edək ki, məşhur cütlük bu dəfə birlikdə tətilə yollanıb. Samar Dadgar istirahət zamanı çəkdirdiyi yeni fotoları sosial media hesabında izləyiciləri ilə bölüşüb.
Paylaşımda Samar Dadgarın həyat yoldaşı Özcan Denizlə səmimi və romantik anları diqqətçəkib. Cütlüyün bir-birinə sarıldığı və öpüşdüyü görüntülər sosial şəbəkələrdə maraqla qarşılanıb.
Samar Dadgar paylaşımına romantik qeyd də əlavə edib. O, Özcan Denizlə fotosunun altına “Sən mənim ürəyimsən!” sözlərini yazıb.
Mənsumə












