Kıvanç Tatlıtuğ sosial media hesablarını niyə bağladı?

Kıvanç Tatlıtuğ sosial media hesablarını niyə bağladı?
Kateqoriya məlum deyil
T

Türkiyənin məşhur aktyoru Kıvanç Tatlıtuğ sosial media hesablarını bağlaması ilə gündəmə gəlib. Təxminən 5 milyon izləyicisi olan “Instagram” hesabını, həmçinin “X” platformasındakı profilini deaktiv edən aktyorun bu qərarının səbəbi maraq doğurub.

Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, “Aşk-ı Memnu” serialında tanış olduğu Başak Dizer ilə xoşbəxt evliliyini davam etdirən və uğurlu aktyorluğu ilə diqqətçəkən Kıvanç Tatlıtuğ bir müddətdir ekranlardan uzaqdır.

Məşhur aktyorun həm “Instagram”, həm də “X” hesabını bağlaması ilə bağlı müxtəlif iddialar ortaya atılıb. Lakin Tatlıtuğ qərarının arxasında xüsusi və mühüm səbəb olmadığını bildirib.

Jurnalist Müge Dağıstanlının yaydığı məlumata görə, Kıvanç Tatlıtuğ sosial media hesablarını niyə bağladığı sualına belə cavab verib:

“Canım istədi, belə qərar verdim. Xüsusi və mühüm bir səbəbi yoxdur.”

Beləliklə, aktyorun sosial mediadan uzaqlaşmasının hər hansı problem və ya xüsusi hadisə ilə bağlı olmadığı məlum olub.

Mənsumə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR