Kıvanç Tatlıtuğun 5 milyonluq hesabı bağlandı

Kıvanç Tatlıtuğun 5 milyonluq hesabı bağlandı
Kateqoriya məlum deyil
T

Məşhur aktyor Kıvanç Tatlıtuğ sosial media ilə bağlı qərarı ilə gündəmə gəlib. Təxminən 5 milyon izləyicisi olan hesabını bağlayan aktyorun bu addımı pərəstişkarlarını təəccübləndirib.

Sfera.az xəbər verir ki, Kurt Efe adlı oğlu olan Kıvanç Tatlıtuğ ata olduqdan sonra ekranlardan bir müddət uzaqlaşıb. Aktyor bu dəfə yeni layihəsi ilə deyil, sosial media qərarı ilə diqqətçəkib.

Tatlıtuğun təxminən 5 milyon izləyicisi olan sosial media hesabı bağlanıb. Hesabın aktyorun özü tərəfindən deaktiv edilib-edilmədiyi, yoxsa kiberhücuma məruz qaldığı hələlik məlum deyil.

Məşhur aktyorun sosial media mühitindən bir müddət uzaqlaşmaq istədiyi də iddialar arasında yer alıb.

Kıvanç Tatlıtuğ məsələ ilə bağlı hələlik hər hansı açıqlama verməyib.

Mənsumə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR