Rusiya Odessanı vurdu: Ölənlər var
Kateqoriya məlum deyil
Rusiya qüvvələri Ukraynanın Qara dəniz sahilində yerləşən liman şəhəri Odessaya üç dalğa şəklində hücum həyata keçirib. Hücumlar nəticəsində 4 nəfər həlak olub, azı 13 nəfər yaralanıb.
Sfera.az xəbər verir ki, Odessa vilayətinin qubernatoru Oleq Kiper bildirib ki, hücumlar nəticəsində yaşayış evlərinin, kafelərin və mağazaların pəncərələri sınıb. Bir avtomobil yanıb, çoxsaylı nəqliyyat vasitələrinə ziyan dəyib.
Odessa Hərbi Administrasiyasının rəhbəri Sergey Lisak isə hücum zamanı yaşayış binasının və təhsil müəssisəsinin də zərər gördüyünü açıqlayıb.
İradə Elsevər






