Məşhur aktyorların qazancı şok etdi

Məşhur cütlük Burak Özçivit və Fahriye Evcenin yeni mövsümdə seriallardan əldə edəcəyi iddia olunan qonorar sosial mediada gündəm olub.
Sfera.az xəbər verir ki, Türkiyənin məşhur aktyorları yeni mövsümdə ekranlara qayıtmağa hazırlaşır. Serial, film və reklam layihələrindən əldə etdikləri gəlirlərlə tez-tez gündəmə gələn cütlüyün bu dəfə bölüm başına alacağı məbləğ diqqətçəkib.
Məlumata görə, ATV-də yayımlanacaq iki iddialı serialda rol alacaq Fahriye Evcen və Burak Özçivitin qonorarları ilə bağlı rəqəmlər ortaya çıxıb.
“Elele” jurnalında Müge Dağıstanlının yazdığı xəbərə görə, uzun fasilədən sonra “Hamal” serialı ilə ekranlara qayıdan Fahriye Evcenin bölüm başına 2,5 milyon türk lirəsi (təxminən 92,5 min manat) alacağı iddia edilir.
“Güneşin Doğduğu Yer” serialında baş rolu canlandıracaq Burak Özçivitin isə bölüm başına 4,5 milyon türk lirəsi (təxminən 166,5 min manat) qazanacağı bildirilir.
Beləliklə, iddialar doğru olduğu təqdirdə məşhur cütlüyün seriallardan həftəlik ümumi qazancı 7 milyon türk lirəsinə, yəni təxminən 259 min manata çatacaq.
Qeyd edək ki, sözügedən məbləğlər mediada yayılan iddialardır və aktyorların özləri tərəfindən rəsmi şəkildə təsdiqlənməyib.
Mənsumə






