XƏBƏRDARLIQ: Telefon bədəninizi xəbəriniz olmadan dəyişdirir

Smartfon və digər rəqəmsal cihazlardan uzun müddət istifadə təkcə psixoloji deyil, fiziki sağlamlığa da mənfi təsir göstərir. Mütəxəssislər bildirirlər ki, yanlış rəqəmsal vərdişlər boyun ağrıları, görmə problemləri, dəri xəstəlikləri və əzələ zəifliyi kimi bir çox risk yaradır.
Sfera.az xəbər verir ki, son illərdə dünyada miopiya hallarının artmasının əsas səbəblərindən biri insanların açıq havada daha az vaxt keçirməsidir. Araşdırmalara görə, gün işığı gözün normal inkişafını dəstəklədiyi üçün mütəxəssislər hər gün açıq havada vaxt keçirməyi tövsiyə edirlər.
Bundan başqa, telefona baxarkən başın irəli əyilməsi boyuna təxminən 27 kiloqrama qədər əlavə yük salır. Bu vəziyyət uzun müddət davam etdikdə boyun fəqərələrində problemlər yarana, hətta duruş pozğunluqları meydana çıxa bilər. Bu səbəbdən ekranın göz səviyyəsində saxlanılması və hər 30 dəqiqədən bir qısa fasilə verilməsi məsləhət görülür.
Ekspertlər ağıllı saatların fasiləsiz istifadəsinin dəri qıcıqlanması, allergiya və göbələk infeksiyalarına səbəb ola biləcəyini də vurğulayırlar. Eyni zamanda, oturaq həyat tərzi və fiziki aktivliyin azalması əl tutuşunun və əzələ gücünün zəifləməsinə gətirib çıxarır. Buna görə mütəxəssislər müntəzəm idman etməyi və gün ərzində daha çox hərəkətdə olmağı tövsiyə edirlər.
Mənsumə
