İsrail Livanda Hizbullahın hədəflərinə zərbələr endirib

İsrail Livanda Hizbullahın hədəflərinə zərbələr endirib
Kateqoriya məlum deyil
T

İsrail Müdafiə Qüvvələri (İMQ) Livanın cənubunda və Bekaa bölgəsində şiə Hizbullah hərəkatının silah anbarlarına və hərbi obyektlərinə, eləcə də təşkilatın Radvan xüsusi təyinatlı qüvvələrinin iki komandirinə zərbələr endirildiyini açıqlayıb.

 

Sfera.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidmətinin məlumatında bildirilib.

 

“İMQ Livanın cənubundakı və Bekaa vadisindəki Hizbullah raket atıcılarına, silah anbarlarına və digər hərbi hədəflərə növbəti zərbələr endirib. Bundan əlavə, Livanın cənubundakı iki Hizbullah komandanlıq mərkəzində Radvan xüsusi təyinatlı qüvvələrinin iki komandirinə zərbələr endirilib", - deyə məlumatda qeyd olunub.

 

Niyaz Hacıyev

Sfera.az

PAYLAŞ