Logo

Avropa BYD-yə məhdudiyyət tətbiq edəcək - SƏBƏB

Avropa BYD-yə məhdudiyyət tətbiq edəcək - SƏBƏB
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Avropa Parlamentinin (AP) bəzi üzvləri təhlükəsizlik risklərini əsas gətirərək, Çinin avtomobil istehsalçısı BYD-nin dövlət satınalmalarından kənarlaşdırılmasını, eləcə də bu şirkətin nəqliyyat vasitələrinin hərbi obyektlərə və həssas bölgələrə girişinin məhdudlaşdırılmasını tələb ediblər.

Sfera.az xəbər verir ki, AP-nin fransalı üzvü Fransua Kalfon (Francois Kalfon) öz şəxsi internet saytında Çin şirkətlərinin istehsal etdiyi "ağıllı" (şəbəkəyə qoşulan) avtomobillərin yarada biləcəyi casusluq riskləri ilə bağlı 8 deputatla birlikdə Avropa Komissiyasına müraciət etdiyini və Fransa Baş naziri Sebastyen Lekornuya (Sebastien Lecornu) məktub göndərdiyini açıqlayıb.

Açıqlamada qeyd olunur ki, avtomobillərdəki kameralar, GPS, mikrofonlar və lazer sensorları (LiDAR) həssas məlumatların toplanması üçün istifadə edilə bilər. Bu səbəbdən həmin nəqliyyat vasitələri hərbi bazaların və strateji infrastruktur obyektlərinin yaxınlığında milli təhlükəsizlik baxımından ciddi təhdidlər yaradır.

Böyük Britaniya və Polşanın Çin şirkətləri tərəfindən istehsal olunan avtomobillərin hərbi obyektlərə girişini artıq məhdudlaşdırdığı, ABŞ ordusunun isə Yaponiyadakı bazasında BYD avtomobillərini qadağan etdiyi bildirilən müraciətdə, Fransanın hələ də oxşar təhlükəsizlik tədbirləri görmədiyi vurğulanıb.

Mətn müəllifləri qeyd edirlər ki, Fransa və Avropa İttifaqı (Aİ) hərəkətə keçmək üçün konkret bir casusluq hadisəsinin baş verməsini gözləməməli, hibrid müharibə şəraitində strateji obyektlərin qorunmasını dərhal təmin etməlidir.

Fransa hökumətinə və Avropa Komissiyasına ünvanlanan çağırışda bu avtomobillərin hərbi və həssas infrastrukturlara girişinin məhdudlaşdırılması, BYD-nin dövlət tenderlərindən uzaqlaşdırılması tələb olunub. Bundan əlavə, hazırda müzakirəsi davam edən Aİ-nin kiberbəhlükəsizlik qaydaları çərçivəsində bu şirkətin "yüksək riskli təchizatçı" siyahısına salınması və BYD avtomobillərinin Avropaya idxalının məhdudlaşdırılması istənilib.

Vasif

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR