Logo

“TIME” jurnalının yeni üz qabığı gündəm oldu - FOTO

“TIME” jurnalının yeni üz qabığı gündəm oldu - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

ABŞ-də parlamentə keçirilən aralıq seçkilərindən sonra “TIME” jurnalında Donald Trampın yer aldığı yeni üz qabığı diqqət çəkib. Jurnalın üz qabığında Trampın ağzının üzərinə “I Voted” (“Səs verdim”) yazılmış rəngli etiket yapışdırılıb.

Sfera.az xəbər verir ki, noyabrın 3-də ABŞ-də keçirilən aralıq seçkilərdə Demokratlar Konqresin həm Senatında, həm də Nümayəndələr Palatasında çoxluğu əldə ediblər.

Seçkilərin nəticələri ölkədə siyasi qüvvələr nisbətinə təsir edib.

“TIME” jurnalının yeni sayında “Demokratların Trampa qarşı planlarının pərdəarxası” başlıqlı geniş məqalə dərc olunub. Məqalədə Demokratların gömrük rüsumlarını ləğv etmək, tibbi sığorta subsidiyalarını yeniləmək və genişmiqyaslı araşdırmalar aparmaq kimi əsas prioritetləri diqqətə çatdırılıb.

Bununla yanaşı, jurnal Demokratları qarşıda daha ciddi problemlərin gözlədiyini vurğulayıb. Partiyanın ictimai dəstəyinin aşağı olması və daxili fikir ayrılıqları əsas çətinliklər sırasında göstərilib.

Nəşrdə qeyd olunub ki, Demokratlar Konqresdə çoxluq qazansalar da, Donald Trampın veto hüququ qüvvədə qalacaq. Buna görə də partiyanın əsas vəzifəsi əldə etdiyi siyasi üstünlüyü konkret qərarlara çevirmək və 2028-ci ilədək seçicilərin dəstəyini qorumaq olacaq.

İradə Elsevər

Sfera.az

“TIME” jurnalının yeni üz qabığı gündəm oldu - FOTO — foto 1
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR