Sİ kibertəhlükəsizlik sahəsində problem yaradıb
Süni intellekt texnologiyalarının sürətli inkişafı kibertəhlükəsizlik sahəsində yeni problemlər yaradır.
Bu texnologiyalardan istifadə edən kibercinayətkarlarla təhlükəsizlik sistemlərini gücləndirməyə çalışan şirkətlər arasında mübarizə getdikcə daha mürəkkəb xarakter alır.
Sfera.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, süni intellekt kibercinayətkarlıq sahəsində həm hücum, həm də müdafiə imkanlarını dəyişir. Məlumata görə, kibercinayətkarlar yeni texnologiyalardan istifadə etməklə hücum üsullarını təkmilləşdirməyə çalışırlar.
Şirkətlər isə bu təhlükələrə qarşı müdafiə mexanizmlərini gücləndirirlər. Süni intellektin inkişafı kibertəhlükəsizlik sahəsində qarşılıqlı mübarizəni daha da sürətləndirir. Bu vəziyyət şirkətlərin rəqəmsal sistemlərinin və məlumatlarının qorunması məsələsini daha da aktuallaşdırır.
Şahanə Ziyad






