Pezeşkian regiondakı vəziyyətdən danışdı

Yaxın Şərqdə gərginliyin artdığı bir vaxtda İran Prezidenti Məsud Pezeşkian bölgədə sabitliyin təmin olunmasının vacibliyini vurğulayıb.
Sfera.az xəbər verir ki, Pezeşkian bildirib ki, bəzi ölkələr hazırda münaqişənin dayandırılması üçün vasitəçilik təşəbbüsləri irəli sürür.
Onun sözlərinə görə, bu cəhdlərin əsas məqsədi bölgədə atəşkəsə nail olmaq və gərginliyi azaltmaqdır.
Pezeşkian qeyd edib ki, vasitəçilik səyləri ilk növbədə münaqişəni başladan tərəflərə yönəldilməlidir.
“Biz bölgədə qalıcı sülhə sadiqik. Vasitəçilik təşəbbüslərinin hədəfi atəşi başlayan tərəflər olmalıdır”, - deyə Məsud Pezeşkian bildirib.
Qeyd edək ki, gərginlik artmaqda davam edir və bir sıra ölkələr münaqişənin daha da genişlənməsinin qarşısını almaq üçün diplomatik təşəbbüslərlə çıxış edir.
Bəsti Rəfizadə
Sfera.az
