Dövlətlər bir-birini necə izləyir? - Tarixi dəyişən CASUSLAR
Dünyada hərbi toqquşmaların sayı artsa da, ən böyük savaşların bir hissəsi artıq görünməz şəkildə aparılır. Dövlətlər tanklarla deyil, məlumatla mübarizə aparır. Kimin daha çox məlumatı varsa, kimin rəqibinin planlarını əvvəlcədən öyrənmək imkanı varsa, qlobal siyasətdə üstünlük qazanır. ABŞ, Çin, Rusiya, İsrail və Böyük Britaniya kimi ölkələr milyardlarla dollar vəsaiti kəşfiyyat sistemlərinin inkişafına yönəldir. Müasir dövrdə casusluq yalnız gizli agentlərdən ibarət deyil – peyklər, süni